Pleyeri seçin:

Zakir Nuriyev bankların 10 ay ərzində əldə etdiyi faiz gəlirindən danışdı

04 dekabr 2024 519 baxış

“Oktyabrın sonuna bankların aktivləri 49,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz çoxdur”.

Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda deyib.

O qeyd edib ki, kredit portfelindəki artım isə 20,6 faiz təşkil edib və ümumilikdə portfelin həcmi 27,1 milyard manat səviyyəsinə yüksəlib.

“Biznes kreditləri 19,4 faizlik artımla 14,6 milyard manat həcminə çatıb. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki atımı da üstələyərək 21 faiz olub. Depozit portfeli isə təqribən 4 faizlik artımla 34,4 milyard manat səviyyəsinə çatıb. Buna müqabil, fiziki şəxslərin müddətli depozitlərinin həcmi 26 faiz artaraq 8,3 milyard manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı isə 34 faiz təşkil edir və ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz bəndi azalıb.

Digər bir keyfiyyət göstəricisi isə ödəniş vaxtı keçən borclarla bağlıdır. Belə ki, cari ilin oktyabr ayının sonuna vaxtı keçmiş kreditlərin portfeldəki payı isə cəmi 1,7 faiz təşkil edir.

Sektorun cari ilin 10 ayı ərzində əldə etdiyi faiz gəliri 3,2 milyard manat, mənfəətin həcmi isə 913,7 milyon manat təşkil edir”, – deyə ABA sədri əlavə edib.

Banner
SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

SOCAR istiqrazları və faiz ödənişləri ilə bağlı detallar açıqlandı - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 519 baxış
Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

Bankların bazar payındakı dəyişikliklər | Bank sektorunda təmərküzləşmənin səbəbi nədir? - Baku TV

İqtisadiyyat
04 noyabr 2026 519 baxış
SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

SOCAR 2026-cı ilin üçüncü rübünə dair fəaliyyət göstəricilərini açıqladı - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 519 baxış
Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

Şərti yanğının söndürülməsi əməliyyatı yerinə yetirilib - Baku TV

İqtisadiyyat
03 noyabr 2026 519 baxış
SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

SOCAR Rumıniyaya nə qədər sərmayə qoyub? - Baku TV

İqtisadiyyat
02 noyabr 2026 519 baxış
Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

Subsidiyalar artır, bəs məhsuldarlıq niyə yox?

İqtisadiyyat
01 noyabr 2026 519 baxış
Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

Qızıl və gümüşün ümumi dəyərində təxminən 1 trilyon dollarlıq azalma oldu - Baku TV CANLI

İqtisadiyyat
31 oktyabr 2026 519 baxış
Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

Aqrar sektorda səmərəlilik problemi | Dövlətin köməyi niyə iqtisadi artıma çevrilmir? - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 519 baxış
Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

Azərbaycanda buğda istehsalının son göstəriciləri açıqlanıb - Baku TV

İqtisadiyyat
31 oktyabr 2026 519 baxış
“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

“Hamısı məhv oldu” | Şabalıd tarixə qovuşur? | “150 kilo bar verən ağac 2-3 kq verir” - Baku TV

İqtisadiyyat
30 oktyabr 2026 519 baxış
Seçilmişlər
icon