Gürcüstanın POS TV telekanalının nümayəndə heyəti Baku TV-nin qonağı olub

05 dekabr 2025 321 baxış

Bakıda keçirilən “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan-Gürcüstan Media Forumunda iştirakı çərçivəsində Gürcüstanın aparıcı media qurumlarından biri olan POS TV telekanalının icraçı direktoru Temur Charelashvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Baku TV-nin qonağı olub.

Gürcüstan nümayəndələri Baku TV-ni ziyarət edib və regional media əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin hazırlanması və təcrübə mübadiləsi imkanlarına dair ətraflı fikir mübadiləsi aparıblar.

Qonaqlar “Global Media Group”a daxil olan Baku TV-nin iş prosesi ilə yaxından tanış olublar. Tanışlıq zamanı Baku TV-nin beş dildə operativ xəbər istehsal etməsi, ölkənin regionları ilə yanaşı, beş xarici ölkədə müxbir şəbəkəsinə malik olması diqqətə çatdırılıb.

Bundan əlavə, kanalın “YouTube” platformasında ötən il ərzində yayımlanan videoların bir milyarddan çox baxış toplaması xüsusi qeyd olunub.

Vurğulanıb ki, Baku TV-ni yalnız internet üzərindən deyil, həm də kabel və peyk yayımı vasitəsilə Azərbaycanın bütün bölgələrində, eləcə də Avropa və Asiyada izləmək mümkündür.

Görüş zamanı tərəflər regional informasiya əməkdaşlığının gücləndirilməsi, qarşılıqlı xəbərlərin mübadiləsi, təlim proqramları, eləcə də gələcəkdə birgə media layihələrinin icrası ilə bağlı geniş müzakirələr aparıblar.

Temur Charelashvili görüşdə bildirib ki, POS TV Baku TV ilə əməkdaşlığın qurulmasında və birgə layihələrin hazırlanmasında xüsusi maraq göstərir.

Müzakirələrdə həmçinin regional media şəbəkəsinin inkişafı istiqamətində görülən işlər haqqında məlumat verilib.

Qeyd olunub ki, artıq Özbəkistan və Qazaxıstan Media Agentlikləri ilə media əməkdaşlığına dair memorandumlar imzalanıb və bu çərçivədə bir sıra birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

POS TV nümayəndələri Baku TV-yə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edərək iki media qurumu arasında əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə inandıqlarını bildiriblər.

#Azərbaycan-Gürcüstan Media Forumu teqi istifadə olunub

Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Baku TV 2025-ci ildə beynəlxalq əməkdaşlıqlar və güclü media göstəriciləri ilə fərqlənib

Press reliz
30 dekabr 2025 321 baxış
Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

Baku TV-nin istehsalı olan “Ocaqov dünyası” sənədli filmi “Qızıl Pəri 2025” mükafatını qazandı

Press reliz
29 dekabr 2025 321 baxış
“Global Media Group”un 55 əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub

“Global Media Group”un 55 əməkdaşı “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub

Press reliz
18 dekabr 2025 321 baxış
"Global Media Group"un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib

"Global Media Group"un tərkibindəki şirkətlərin beynəlxalq idarəetmə standartlarına uyğunluğu növbəti dəfə təsdiqlənib

Press reliz
17 dekabr 2025 321 baxış
Baku TV Rəqəmsal Media Məktəbində 9-cu qrup məzunlarına sertifikatlar təqdim olunub

Baku TV Rəqəmsal Media Məktəbində 9-cu qrup məzunlarına sertifikatlar təqdim olunub

Press reliz
16 dekabr 2025 321 baxış
"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib

"Global Media Group"un nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş keçirib

Press reliz
19 noyabr 2025 321 baxış
Baku TV, Report İnformasiya Agentliyi və Qazaxıstanın “Xabar” Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baku TV, Report İnformasiya Agentliyi və Qazaxıstanın “Xabar” Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Press reliz
18 noyabr 2025 321 baxış
Baku TV-nin filmləri “Qızıl Pəri 2025” mükafatına bir neçə nominasiya üzrə təqdim olunub

Baku TV-nin filmləri “Qızıl Pəri 2025” mükafatına bir neçə nominasiya üzrə təqdim olunub

Press reliz
03 noyabr 2025 321 baxış
Baku TV və “Özbəkistan 24” arasında əməkdaşlıq memorandumu imzalanıb

Baku TV və “Özbəkistan 24” arasında əməkdaşlıq memorandumu imzalanıb

Press reliz
17 oktyabr 2025 321 baxış
Baku TV "İDMANDA QAL" adlı yeni layihəyə start verir

Baku TV "İDMANDA QAL" adlı yeni layihəyə start verir

Press reliz
08 oktyabr 2025 321 baxış
Seçilmişlər
icon