“1988-ci il iyununda 3 kənd sakinini yolda faciəli sürətdə öldürdülər” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Nömrəsiz avtomobillərlə hər gün elan verirdilər ki, kəndə hücum olacaq” adlı veriliş Dərəçiçək mahalının, Axta rayonunun Axundov kənd sakini Valeh Novruzovun həyat hekayəsinə həsr olunub.
O, kənddə keçirdiyi günlərdən söz açıb. Deyib ki, Dərəçiçək mahalı güllü-çiçəkli yer idi. Yazı, yayı, payızı, qışı da gözəl idi. Orada qayğısız uşaqlıq illəri çox gözəl keçib.
V.Novruzovun sözlərinə görə, Qərbi Azərbaycanda, o cümlədən Dərəçiçək mahalında vaxtilə azərbaycanlılar yaşayıblar:
“Babalarımız, atalarımız həmişə danışırdılar ki, 1915-ci ildə onların başına nə oyunlar açıblar. Ölən ölür, qalan da Türkiyəyə, Qarsa gedir. Ermənistanda 1921-ci ildə sovet hakimiyyəti qurulur və onlar təzədən Dərəçiçək mahalına qayıdırlar. 1948-1953-cü illərdə yenidən Stalin və Mikoyanın sövdələşməsi nəticəsində Qərbi Azərbaycandan, o cümlədən Dərəçiçək mahalından əhalini Saatlı və Sabirabad rayonlarına köçürürlər. 1953-cü ildə Stalin dünyasını dəyişəndən sonra onlar yenidən Dərəçiçək mahalına qayıdırlar və orada yaşayırlar. Nəhayət, 1988-ci ildə bu, kuliminasiya nöqtəsinə qədəm qoydu və son deportasiya reallaşdırıldı”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Ermənistanın ərazi iddiaları hansı tarixi hadisələrdən sonra rəsmiləşdirildi? - Baku TV
- Qırğının, deportasiyanın və repressiyanın hədəfi olan Basarkeçər kəndinin gerçək tarixi - Baku TV
- Ermənistanın toponim soyqırımı: Azərbaycan irsini silmək üçün adı dəyişdirilən kənd - Baku TV
