2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçirilib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçirilir. Forumun əsas məqsədi nəqliyyat sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları, dövlət qurumlarını və özəl sektor nümayəndələrini bir araya gətirmək, qabaqcıl təcrübə mübadiləsini təşviq etmək, həmçinin nəqliyyat dəhlizlərində daşımaların daha səmərəli təşkilinə töhfə verməkdir”.
Bu fikirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Yük Daşımaları Departamentinin direktoru Sübhan Əbilov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın əlverişli geosiyasi və coğrafi mövqeyi ölkənin mühüm tranzit potensialını formalaşdırır.
“Son illərdə həyata keçirilən islahatlar nəticəsində avtomobil nəqliyyatı ilə həm tranzit, həm də ikitərəfli yükdaşımalar sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunub. Azərbaycanda nəqliyyat sektorunda yaradılmış əlverişli şərait və müsbət biznes mühiti ölkəmizi xarici tərəfdaşlar üçün cəlbedici tranzit məkanına çevirib”, – deyə Sübhan Əbilov qeyd edib.
#Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi teqi istifadə olunub
- “70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV
- Azarkeşlər stadiona hansı metrolardan pulsuz aparılacaq? - Baku TV
- Matça gedənlər üçün vacib məlumat | Stadiona ödənişsiz avtobuslar ayrılacaq - Baku TV CANLI
- Biləcəri qəsəbəsində yoxa çıxan dayanacaq problemi | AYNA məsələyə münasibət bildirdi - Baku TV
- “Şamaxinka”da beş marşrut yeni dayanacaqlardan hərəkət edəcək - Baku TV
