Pleyeri seçin:

2025-ci ildə əsas hədəflər nədir? | QAİ sözçüsü açıqladı

31 dekabr 2024 788 baxış

Yola salmağa hazırlaşdığımız il heç də ötən illərdən geri qalmadı.

İstər Cənubi Qafqaz, istər Yaxın Şərq, istərsə də Qərb dünyası bir çox təlatümlər, silahlı qarşıdurmalar, etirazlara səhnə oldu. Bu cür çətin qlobal vəziyyətdə isə istədiyini ala bilmək uzun-uzun aparılan uğurlu siyasi fəaliyyətin nəticəsidir. Buna Azərbaycanla Ermənistan arasında yaşananlar kontekstindən də baxmaq mümkündür.

Vətən müharibəsindəki qələbəmizin davamı kimi hazırda tək hədəfimiz sülh müqaviləsinin imzalanması olsa da, Qərbi Azərbaycandan deportasiya edilən minlərlə vətəndaşımızın da taleyini düşünürük. Bu mənada Qərbi Azərbaycan İcmasının gördüyü işlər də önəmli rol oynayır. Fəaliyyətində dövlət başçısının tapşırıq və tövsiyələrini əsas tutan Qərbi Azərbaycan İcması beynəlxalq arenada geniş iş aparır.

QAİ-nin sözçüsü Ülviyyə Zülfiqar bildirib ki, cari ildə İcma tərəfindən 120 bəyanat, mətbuat üçün 25 məlumat dərc olunub.

Ülviyyə Zülfiqar UNESCO-ya iki dəfə ard-arda müraciət ünvanladığını xatırladıb:

“Müraciətdə UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərilmisini istəmişdik. UNESCO məsələni nəzərdə saxlayacağını bildirsə də, Ermənistan tərəfi hələ də buna icazə vermir”.

Ümumilikdə, indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların deportasiya tarixi 1820-1988-ci illik böyük bir dövrü əhatə edir. Etnik təmizləməyə məruz qalan, yurd-yuvasını tərk etməyə məcbur edilən bu insanların əksəriyyəti Azərbaycanda yaşayır. Lakin dünyanın müxtəlif ölkələrinə köçənlər də az deyil.

Bəs İcmanın bu insanlarla kommunikasiyası hansı vəziyyətdədir?

Ülviyyə Zülfiqarın sözlərinə görə, QAİ-nin əsas məqsədi qərbi azərbaycanlılarının hüquqlarının müdafiəsi və onların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasıdır:

“Lakin bununla bağlı Ermənistan tərəfinə etdiyimiz müraciətə hələ də cavab verilmir. Əksinə, diqqəti yayındırmaq, məsuliyyətdən qaçmaq üçün bəzi uydurma iddialar irəli sürürlər”.

İcma sözçüsü əlavə edib ki, QAİ beynəlxalq fəaliyyətlə yanaşı, daxili fəaliyyətdə də çox aktivdir:

“İcmanın artıq bəzi xarici ölkələrdə nümayəndəlikləri var və bu nümayəndəliklərin sayını artırmağa davam edirik. Dünyanın bir çox ölkələrində (Türkiyə, Avropa, Amerika və s.) yaşayan qərbi azərbaycanlılarla əlaqələrimizi daha da sıxlaşdırmağa çalışırıq”.

Banner
Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV

Siyasət
10 noyabr 2026 788 baxış
Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV

Siyasət
10 noyabr 2026 788 baxış
“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

“Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV

Siyasət
10 noyabr 2026 788 baxış
“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

“O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV

Siyasət
10 noyabr 2026 788 baxış
“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

“Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV

Siyasət
10 noyabr 2026 788 baxış
Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Xəzərdə qarşıdurma riski: Azərbaycanı nə gözləyir? - AKTUAL GÜNDƏM

Siyasət
10 noyabr 2026 788 baxış
İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

İran sülh üçün şərtlərini açıqladı | Britaniyadan Rusiya ilə bağlı həyəcan təbili - YENİ BİR SƏHƏR

Siyasət
10 noyabr 2026 788 baxış
Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür - Baku TV

Siyasət
10 noyabr 2026 788 baxış
1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV

Siyasət
09 noyabr 2026 788 baxış
Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
09 noyabr 2026 788 baxış
Seçilmişlər
icon