ABŞ-Azərbaycan münasibətlərində müsbət dinamika
“7-8 avqust tarixlərində Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarına səfəri baş tutub. Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb”.
Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilirən mətbuat konfransında xatırladıb.
Nazirin sözlərinə görə, bu məqsədlə müxtəlif istiqamətlər üzrə işgüzar təmaslar və görüşlər keçirilib, qarşılıqlı səfərlər baş tutub:
“İşçi Qrupunun tam tərkibdə ilk iclası 19 dekabr tarixində təşkil olunub. Ümumilikdə rəsmi Bakı tərəfindən çoxtərəfli və ikitərəfli əsasda geniş fəaliyyətlər həyata keçirilib. Bu çərçivədə 41 ölkə ilə 191 sənəd imzalanıb, 52 ölkənin xarici işlər nazirləri ilə siyasi məsləhətləşmələr aparılıb”.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Mixay Popşoi ilə Ceyhun Bayramov birgə mətbuat konfransı keçiriblər
- Nazir İranın Naxçıvana dron hücumlarını pisləyib - Baku TV
- Ceyhun Bayramov İranla bağlı kritik vəziyyətdən danışdı - "50-dən çox ölkə müraciət etdi" - Baku TV
- Bu ölkələrdəki Azərbaycan vətəndaşları ilə bağlı təcili hərəkətə keçildi - Baku TV
- Ceyhun Bayramovdan həmyerlilərimizin təxliyəsi ilə bağlı önəmli açıqlama - Baku TV CANLI
