Pleyeri seçin:

Tehranın İsrailə zərbələri zamanı Azərbaycan vətəndaşı Amid Murtuzov həlak oldu - Baku TV

10 mart 2026 153 baxış

ABŞ, İsrail və İran arasında davam edən müharibənin qurbanları sırasında təəssüf ki, artıq bir azərbaycanlının da adı var.

Azərbaycanın İsraildəki səfirliyinin məlumatına görə, martın 9-da İsrail ərazisinə həyata keçirilən raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.

Hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. Amid Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi. O, ailəsi ilə birgə uzun illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, adıçəkilən ölkədə yaşayırdı.

Həlak olan şəxslərdən digəri isə Buxara yəhudisi 40 yaşlı Rüstəm Qulomovdur.

İsrail mediasının məlumatına görə, raketin daşıdığı kasetli bomba havada parçalanaraq geniş əraziyə onlarla kiçik bomba səpib. Onlardan biri birbaşa tikinti meydançasına düşüb.

Hadisə zamanı işçilərin bir hissəsi hava həyəcanı siqnalından sonra sığınacaqlara enə bilsə də, Rüstəm Qulomov və Amid Murtuzov təhlükəsiz məkana çatmağa imkan tapmayıblar. Xilasedicilərdən birinin sözlərinə görə, onlardan biri hadisə yerində həyatını itirib, digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılsa da, sonradan aldığı xəsarətlərdən martın 10-da dünyasını dəyişib.

İsrail rəsmiləri bildirirlər ki, həmin tikinti sahəsində olan onlarla fəhlə sığınacaqlara daxil olduğu üçün sağ qalıb. Rəsmi qurumlar hava həyəcanı siqnallarına dərhal reaksiya verməyin həyatları xilas etdiyini vurğulayır.

Qeyd edək ki, İranın son hücumlarında qadağan olunmuş kasetli bombalardan istifadə olunduğu bildirilir. Bu silahlar havada parçalanaraq geniş əraziyə çoxsaylı partlayıcı elementlər yaydığına görə mülki şəxslər üçün xüsusilə təhlükəli sayılır.

XİN rəhbərləri nəyi müzakirə etdilər? - Baku TV

XİN rəhbərləri nəyi müzakirə etdilər? - Baku TV

Siyasət
19 aprel 2026 153 baxış
Dünyada güc balansı yenidən yazılır | Antalyada verilən mesajlar nələri ortaya qoydu? - Baku TV

Dünyada güc balansı yenidən yazılır | Antalyada verilən mesajlar nələri ortaya qoydu? - Baku TV

Siyasət
19 aprel 2026 153 baxış
ABŞ gəmiləri İranın limanlarını bağladı: Yeni zərbələr endiriləcək? - AKTUAL GÜNDƏM

ABŞ gəmiləri İranın limanlarını bağladı: Yeni zərbələr endiriləcək? - AKTUAL GÜNDƏM

Siyasət
18 aprel 2026 153 baxış
"Tehran Azərbaycanın İrana dəstəyini yüksək qiymətləndirir" | Səid Xətibzadə

"Tehran Azərbaycanın İrana dəstəyini yüksək qiymətləndirir" | Səid Xətibzadə

Siyasət
18 aprel 2026 153 baxış
Moskva müqaviləsi Naxçıvanı necə xilas etdi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Moskva müqaviləsi Naxçıvanı necə xilas etdi? - QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
18 aprel 2026 153 baxış
Orta Şərqdə qeyri-müəyyənliklər artır: Bakı və Ankara regionda unikal aktor kimi önə çıxır

Orta Şərqdə qeyri-müəyyənliklər artır: Bakı və Ankara regionda unikal aktor kimi önə çıxır

Siyasət
18 aprel 2026 153 baxış
Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak edib - Baku TV

Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak edib - Baku TV

Siyasət
18 aprel 2026 153 baxış
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edildi - Baku TV

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edildi - Baku TV

Siyasət
18 aprel 2026 153 baxış
Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir | Detallar - Baku TV

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir | Detallar - Baku TV

Siyasət
18 aprel 2026 153 baxış
Hikmət Hacıyev forum çərçivəsində keçirilən panel sessiyada çıxış edib - Baku TV

Hikmət Hacıyev forum çərçivəsində keçirilən panel sessiyada çıxış edib - Baku TV

Siyasət
18 aprel 2026 153 baxış
Seçilmişlər
icon