Pleyeri seçin:

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul etdi - Baku TV

28 aprel 2026 23 baxış

Prezident İlham Əliyev aprelin 28-də Qəbələdə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini deyərək, bu xüsusda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla dostluq münasibətlərinə toxunub.

Prezident İlham Əliyev özünün Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, həmçinin bu səfərlər zamanı aparılmış müzakirələri məmnunluqla xatırlayıb, bütün bunların əlaqələrimizin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Prezident İlham Əliyev Səid bin Mübarək Əl-Hacirinin ölkəmizə böyük nümayəndə heyəti ilə gəldiyini deyərək, bu səfərin münasibətlərimizin dərinləşdirilməsi baxımından roluna toxunub.

Qəbula görə minnətdarlığını bildirən Səid bin Mübarək Əl-Haciri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlət başçısına çatdırıb. Azərbaycan Prezidenti salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş edib.

Qonaq dövlət başçısının liderliyi ilə Cənubi Qafqaz regionunda sülh gündəliyinin irəli aparılması prosesində əldə edilmiş uğurlar, həmçinin Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə Azərbaycan Prezidentinin "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbriklərini çatdırıb.

Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsini xatırlayıb və buna görə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə bir daha minnətdarlığını çatdırmağı qonaqdan xahiş edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli gündəliyin zəngin olduğu vurğulanıb, siyasi, iqtisadi, ticari, enerji, həmçinin bərpaolunan enerji, birgə investisiya fondunun fəaliyyəti, birgə hərbi təlimlər və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə toxunulub, regiondakı bütün məsələlərin diplomatik yolla həll edilməsinin vacibliyi bildirilib.

Sel və daşqınların təsirlərinə qarşı mübarizəyə 85 milyon manatdan artıq vəsait ayrıldı - Baku TV

Sel və daşqınların təsirlərinə qarşı mübarizəyə 85 milyon manatdan artıq vəsait ayrıldı - Baku TV

Siyasət
28 aprel 2026 23 baxış
Prezidentin sosial şəbəkə hesablarında Babişin səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Prezidentin sosial şəbəkə hesablarında Babişin səfəri ilə bağlı videoçarx paylaşılıb - Baku TV

Siyasət
28 aprel 2026 23 baxış
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimə başladı - Baku TV CANLI

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimə başladı - Baku TV CANLI

Siyasət
28 aprel 2026 23 baxış
Azərbaycan Avropa İttifaqı və NATO üzvləri üçün niyə cazibədardır? - AKTUAL GÜNDƏM

Azərbaycan Avropa İttifaqı və NATO üzvləri üçün niyə cazibədardır? - AKTUAL GÜNDƏM

Siyasət
28 aprel 2026 23 baxış
Çexiya və Azərbaycan münasibətləri: İqtisadi tərəfdaşlıqda yeni mərhələ - Baku TV

Çexiya və Azərbaycan münasibətləri: İqtisadi tərəfdaşlıqda yeni mərhələ - Baku TV

Siyasət
28 aprel 2026 23 baxış
Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək - Baku TV

Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək - Baku TV

Siyasət
28 aprel 2026 23 baxış
Çex şirkətləri Azərbaycana nə təklif edir? - Baku TV

Çex şirkətləri Azərbaycana nə təklif edir? - Baku TV

Siyasət
28 aprel 2026 23 baxış
Çexiya Azərbaycandan asılılığını açıqladı - Baku TV

Çexiya Azərbaycandan asılılığını açıqladı - Baku TV

Siyasət
28 aprel 2026 23 baxış
İlham Əliyev Azərbaycana yatırıla biləcək potensial investisiyalardan danışdı - Baku TV

İlham Əliyev Azərbaycana yatırıla biləcək potensial investisiyalardan danışdı - Baku TV

Siyasət
27 aprel 2026 23 baxış
Azərbaycan-Çexiya arasında əməkdaşlıq genişlənir | Biznes-forumundan görüntülər - Baku TV

Azərbaycan-Çexiya arasında əməkdaşlıq genişlənir | Biznes-forumundan görüntülər - Baku TV

Siyasət
27 aprel 2026 23 baxış
Seçilmişlər
icon