Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub - Baku TV
Qəbələdə aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çexiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Çexiyanın Baş nazirinə raport verib. Çex Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Baş nazir Andrey Babişə, Çexiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Sonra rəsmi foto çəkdirilib.
#İlham Əliyev teqi istifadə olunub
- Qəbələdə İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib
- İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü
- Qəbələdə Prezident İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirildi - Baku TV
- Çexiyanın Baş naziri Andrey Babişin Qəbələdə rəsmi qarşılanma mərasimi
- İlham Əliyevin Çexiyanın Baş naziri ilə geniş tərkibdə görüşü
