Prezident İlham Əliyev beynəlxalq mükafata layiq görüldü - Baku TV
“Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm”.
Bu fikirlər Prezident İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına ünvanladığı müraciətində vurğulanıb.
Bildirilib ki, 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilən amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir.
Dövlət başçısı diqqətə çatdırıb ki, müharibələrin acı nəticələrini yaşayan xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır:
“2025-ci ilin avqustunda Vaşinqtonda baş tutan tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflandı və Birgə Bəyannamə imzalandı. Bununla da üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyuldu. Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir”.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür.
#İlham Əliyev teqi istifadə olunub
- Danışıqlar üçün platforma | Trampa niyə sui-qəsd edilib? | Əraqçi Putinlə görüşəcək - YENİ BİR SƏHƏR
- Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - Baku TV
- İlham Əliyev Vaşinqtondakı silahlı insidenti pislədi - Baku TV
- Qəbələdə tarixi görüş: İlham Əliyev və Zelenski ilə təkbətək görüşdə verilən qərarlar
- “Biz Azərbaycandan 11 yardım paketi almışıq” | Volodimir Zelenski
