İlham Əliyev Azərbaycana yatırıla biləcək potensial investisiyalardan danışdı - Baku TV
Ölkəmiz üçün prioritet sayılan sahələrdə Azərbaycana yatırıla biləcək potensial investisiyalara gəldikdə, birinci sahə, əlbəttə ki, sənayenin inkişafıdır və birgə istehsaldır. Biz nəqliyyat infrastrukturunun aparıcı istehsalçıları ilə Azərbaycanda birgə müəssisə yaratmaq məqsədilə Çexiyanın çox məşhur olan nəqliyyat sektorunu geniş müzakirə etdik.
Bu barədə Prezident İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.
“Biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır. Bunun üçün çoxlu sahə işləri aparılmalıdır. Əlbəttə ki, bu, sahələrdən biri ola bilər”, – deyə dövlət başçısı qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident və İsmayıl Ould Şeyx Əhmədi arasında mühüm müzakirələr - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Baku TV
- İlham Əliyev Qazaxıstan Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb - Baku TV
