Pleyeri seçin:

Selin fəsadlarının aradan qaldırılması üçün nə qədər vəsait ayrıldı? - Baku TV

28 aprel 2026 361 baxış

Prezident İlham Əliyevin Sərəncamı ilə sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 85 milyon manatdan artıq vəsait ayrılıb.

Sənəddə qeyd olunub ki, bu ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olub, kənd təsərrüfatına, infrastruktur obyektlərinə, yəni yol, körpü, elektrik və yaşayış evlərinə ciddi ziyan vurub.

"Aidiyyəti dövlət qurumları tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülüb, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilib, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilib", – deyə sənəddə vurğulanıb.

Sərəncama əsasən, Bakının Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında istinad divarları tikiləcək. Sabunçu rayonu, Asif Əsədullayev küçəsindəki tunelin daxili kanalizasiya kollektorunda baş verən çökmə aradan qaldırılacaq. Həmçinin xəttin bərpası da nəzərdə tutulub.

Bundan əlavə, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində çirkab suların təsirinə məruz qalan 61 fərdi yaşayış evinin təmir-bərpası və yararsız hala düşən məişət əşyalarına görə maddi yardım veriləcək, həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqları ödəniləcək. Şabranda Dəvəçiçayda, Ağsudakı Ağsuçayın Maşadqanlı kəndi və şəhər ərazisindən keçən hissələrində, Qubadakı Qaraçayda, Xaçmazdakı Qusarçayda və Qaraçayda, Astaradakı Pensərçayda daş və beton bəndlər quraşdırılacaq.

Eləcə də Quba-Xınalıq yolunda baş verən uçqunun nəticələri aradan qaldırılacaq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba, Qusar, Xaçmaz və Şabranda avtomobil yolları təmir ediləcək. Bütün bu və digər zəruri işlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ümumilikdə 85 milyon 869 min 260 manat ayrılıb.

Bu vəsaitdən Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 min 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 min 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 min 260 manat vəsait ayrılacaq.

Banner
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 361 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 361 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 361 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 361 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 361 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 361 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 361 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 361 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 361 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 361 baxış
Seçilmişlər
icon