ABŞ-nin Azərbaycanla bağlı əsas məqsədi nələrdir? | “Zəngəzur dəhlizinin açılması...”
Yeniliklərdən dərhal xəbərdar olun
“İbrahim sazişləri”nə qoşulması Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması baxımından ciddi fürsət yaradacaq.
Bu barədə “Past” qəzeti məlumat yayıb.
Erməni nəşri “Reuters”ə istinadla bildirib ki, Donald Trampın administrasiyası ilə Azərbaycan və Mərkəzi Asiyanın bəzi ölkələri arasında onların “İbrahim sazişləri”nə daxil edilməsi üçün fəal müzakirələr aparılır:
“Agentlik beş məlumatlı mənbəyə istinadla yazıb ki, Vaşinqton Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün ilkin şərt qoyur, ondan ilk növbədə Ermənistanla münasibətləri normallaşdırmağı istəyir.
Mənbələrin məlumatına görə, məsələ Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun mart ayında Bakıya səfəri zamanı müzakirə olunub.
“İbrahim sazişləri” 2020-ci ildə, Trampın birinci dövründə İsraillə dörd ərəb ölkəsi arasında diplomatik əlaqələr qurmaq üçün imzalanıb. İndi də ABŞ Azərbaycanı buraya daxil etmək istəyir.
Bu, bu tərəfdən Azərbaycanın beynəlxalq mövqelərini yaxşılaşdıracaq, digər yandan ABŞ və Qərbdən Zəngəzur dəhlizinin açılması məsələsində dəstək almaq üçün ciddi fürsət olacaq”.
#Zəngəzur dəhlizi teqi istifadə olunub
- Zəngəzur dəhlizi risk altındadır
- “Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV
- Cənubi Qafqaz böyük geosiyasi oyunun mərkəzində: Trampın zəifləməsi kimə sərf edir? - AKTUAL GÜNDƏM
- Ceyhun Bayramov Zəngəzur dəhlizinin açacağı iqtisadi imkanlardan danışdı - Baku TV
- Ceyhun Bayramov TDT-nin Zirvə görüşündə hansı mesajları verdi? - Baku TV
