Siyasət
Pleyeri seçin:

Ağağa, Ağadədə, Ağakiçik, Ağasıbəyli, Ağaplı, Ağdağ və Ağadi - türk tarixinin izi

04 sentyabr 2024 7 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində "Ermənistan parlamentinin qərarı ilə adı dəyişdirilib Zovasar edilən qədim kənd" adlı süjet hazırlanıb.

Süjetdə Ağağa, Ağadədə, Ağakiçik, Ağasıbəyli, Ağaplı toponimləri, eləcə də Ağdağ, Ağadi oronimləri haqqında söz açılır.

Bildirilib ki, bir xalqın əsrlər, minilliklər boyu formalaşdığı toponimləri kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir.

Ağağa – Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub və burada 1897-ci ildə 19 nəfər azərbaycanlı yaşayıb. 1905-1906-cı illərdə azərbaycanlılar köçürülüb və kənd ləğv edilərək xarabalığa çevrilib.

Ağdağ – Göyçə mahalının Kəvər, yəni Kamo rayonunda dağ olub. Bu oronimin adı dəyişdirilib Apitakasar qoyulub.

Ağdağ – Vedibasar mahalının Vedi, yəni Ararat rayonunda dağ adıdır.

Ağadədə – Gərnibasar mahalının Qəmərli, yəni Artaşat rayonunda pir adıdır.

Ağadi – Şəmşəddil mahalının, Karvansaray, indiki İcevan rayonunda dərə adıdır. Ağstafa çayının sahilində yerləşir.

Ağakiçik – Talin mahalının eyni adlı rayonunda kənd olub. 1873-cü ildən 1916-cı ilədək ancaq azərbaycanlıların yaşadığı kənd 1918-ci ildə erməni təcavüzünə məruz qalıb və əhalisi qırğınlarla deportasiya olunub. 1915-1916-cı illərdə Türkiyənin Sasun və Taron vilayətlərindən köçürülən ermənilər burada yerləşdirilib. 1978-ci il yanvarın 25-də adı dəyişdirilib Zovasar qoyulub.

Ağasıbəyli – Vedibasar mahalının Vedi, yəni Ararat rayonunda kənd olub.

Ağaplı – Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd olub.

Sonda vurğulanır ki, haylar çirkin toponim oyunları ilə özlərinə saxta məkan yaradıblar: "Bu oyunların alt-üst olması üçün isə azərbaycanlıların doğma yurda – Qərbi Azərbaycana qayıdışı qaçılmazdır. Əminik ki, bu geri qayıdışla ermənilərin özlərinin etiraf etdiyi kimi, Ermənistan elə Qərbi Azərbaycan olacaq".

Ermənistanın İran və Rusiya ilə arasında geri dönülməz hadisə baş verəcək?

Ermənistanın İran və Rusiya ilə arasında geri dönülməz hadisə baş verəcək?

Siyasət
15 yanvar 2025 7 baxış
Xarici müdaxilə qəbuledilməzdir | Ayxan Hacızadədən ABŞ səfirliyinə reaksiya

Xarici müdaxilə qəbuledilməzdir | Ayxan Hacızadədən ABŞ səfirliyinə reaksiya

Siyasət
15 yanvar 2025 7 baxış
Ukraynada son durum | Lavrov təyyarə qəzasından danışdı | Peskovdan İrəvana reaksiya - SALAM BAKU

Ukraynada son durum | Lavrov təyyarə qəzasından danışdı | Peskovdan İrəvana reaksiya - SALAM BAKU

Siyasət
15 yanvar 2025 7 baxış
Qərbə meyillənən Ermənistana Rusiya hansı cavabı verəcək?

Qərbə meyillənən Ermənistana Rusiya hansı cavabı verəcək?

Siyasət
15 yanvar 2025 7 baxış
ABŞ və Ermənistan arasında strateji əməkdaşlıq sazişi imzalandı

ABŞ və Ermənistan arasında strateji əməkdaşlıq sazişi imzalandı

Siyasət
15 yanvar 2025 7 baxış
Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Sülh müqaviləsinin imzalanmasını ləngidən səbəb | Erməni nazirdən açıqlama

Siyasət
14 yanvar 2025 7 baxış
KTMT-nin Baş katibi ABŞ və Ermənistanın tərəfdaşlığından danışdı | Təhdid yaratmamalıdır...

KTMT-nin Baş katibi ABŞ və Ermənistanın tərəfdaşlığından danışdı | Təhdid yaratmamalıdır...

Siyasət
14 yanvar 2025 7 baxış
Avstriya Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Avstriya Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı məktubu ünvanladı

Siyasət
14 yanvar 2025 7 baxış
Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç - türk tarixinin izi

Alatala, Alaçıq daş, Alaçıq qaya, Alacan, Albalaxaç - türk tarixinin izi

Siyasət
14 yanvar 2025 7 baxış
Məzahir Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm açıqlama | Ən son vəziyyət

Məzahir Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı mühüm açıqlama | Ən son vəziyyət

Siyasət
14 yanvar 2025 7 baxış
Seçilmişlər
icon