Pleyeri seçin:

İran-Ermənistan dostluğu zədələnir?

13 yanvar 2025 390 baxış

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə və bölgədə artan nüfuzu İranın regiondakı balans siyasətinə ziddir.

Elə buna görə də “şir” Vətən müharibəsindən sonra sərhədlərin dəyişdirilməsi kimi bəhanələrlə Azərbaycanı sözlü təhdid etməyə çalışıb.

Son 30 illik işğal dövründə İran Ermənistanla dostluq, qardaşlıq siyasəti yürüdüb. Əl altından işğalçıya hər cür dəstək verib.

Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan da açıqlamalarının birində Ermənistanın ötən əsrin 90-cı illərində həm də İrana görə yaşaya bildiyini, İranın Ermənistan üçün nəfəslik rolu oynadığını vurğulayıb.

Həmin illərdə Türkiyə və Azərbaycan dənizə çıxışı olmayan Ermənistanla bütün əlaqələri kəsdiyi üçün ermənilərin dünyaya açılan qapısı İran olmuşdu. Bu gün isə iki “qardaş xalq” arasından soyuq küləklər əsir. Çünki Ermənistanın israrla ərazisinə yerləşdirdiyi Avropa missiyası İranı da narahat etməyə başlayıb.

Cənub qonşumuz Ermənistanın sərhədlərində Avropa İttifaqının və ya Qərb dövlətlərinin hərbi kontingentlərinin yerləşdirilməsini öz milli təhlükəsizliyi üçün təhdid hesab edir.

Yanvarın 8-də Azərbaycana səfər edən İranın Ali Milli Təhlükəsizlik şurasının katibi Əli Əkbər Əhmədian bununla bağlı üstüörtülü açıqlama da verib.

O bildirib ki, xarici qüvvələrin regiona cəlb edilməsi qəbuledilməzdir. Ardınca İrəvana səfər edən cənab Əli Əkbər Əhmədianın erməni həmkarı Armen Qriqoryana sözügedən məsələ ilə bağlı narahatlığını bildirdiyi iddia olunub. Hətta missiyanın bölgədən uzaqlaşdırılmalı olduğu xəbərdarlığını etdiyi də deyilib.

Maraqlıdır ki, bu məsələdə İran və Azərbaycanın mövqeyi üst-üstə düşür. Azərbaycan da bölgədə Avropa hərbi kontingentlərinin yerləşdirilməsinə qarşıdır, çünki bu, regionda əlavə gərginlik və qeyri-sabitlik yarada bilər.

Bəs Ermənistanın bu məsələyə reaksiyası necə olacaq? Bir tərəfdən Rusiyadan qoparaq Qərbə yaxınlaşmaq meyili, Avropa missiyasının bölgəyə ayaq açmasına imkan yaratması kimi addımları İranla olan münasibətlərinə necə təsir edəcək?

Litva Respublikasının Baş nazirindən "Baku TV"yə özəl açıqlamalar - Baku TV

Litva Respublikasının Baş nazirindən "Baku TV"yə özəl açıqlamalar - Baku TV

Siyasət
14 aprel 2026 390 baxış
ABŞ İrana uranın zənginləşdirməsinə 20 illik moratorium təklif edib: razılığa gəlmək şansı var?

ABŞ İrana uranın zənginləşdirməsinə 20 illik moratorium təklif edib: razılığa gəlmək şansı var?

Siyasət
14 aprel 2026 390 baxış
Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfiri Prezidentin qəbulunda

Siyasət
14 aprel 2026 390 baxış
İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

İlham Əliyev Kolumbiyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət
14 aprel 2026 390 baxış
Prezident Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Prezident Esvatininin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
14 aprel 2026 390 baxış
Azərbaycan-Kolumbiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub - Baku TV

Azərbaycan-Kolumbiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub - Baku TV

Siyasət
14 aprel 2026 390 baxış
Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib

Prezident İlham Əliyev Somalinin yeni səfirini qəbul edib

Siyasət
14 aprel 2026 390 baxış
İlham Əliyev Somalinin yeni səfirinin etimadnaməsini qəbul edib - Baku TV

İlham Əliyev Somalinin yeni səfirinin etimadnaməsini qəbul edib - Baku TV

Siyasət
14 aprel 2026 390 baxış
Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr göndərildi? - Baku TV

Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr göndərildi? - Baku TV

Siyasət
14 aprel 2026 390 baxış
Somali, Esvatini və Kolumbiyanın ölkəmizdəki yeni səfirləri Prezidentin qəbulunda

Somali, Esvatini və Kolumbiyanın ölkəmizdəki yeni səfirləri Prezidentin qəbulunda

Siyasət
14 aprel 2026 390 baxış
Seçilmişlər
icon