Pleyeri seçin:

ABŞ və İran arasında növbəti raund həlledici ola bilər - Baku TV

14 aprel 2026 173 baxış

ABŞ və İran arasında birbaşa danışıqların növbəti raundunun yaxın günlərdə keçirilməsi gözlənilir.

Rəsmi açıqlamalarda “müsbət irəliləyiş” ifadəsi ön plana çəkilsə də, tərəflərin mövqeləri arasındakı dərin fərqlər prosesin hələ də mürəkkəb olduğunu göstərir.

Pakistanın müdafiə naziri Xavaca Asifin sözlərinə görə, diplomatik səylər konstruktiv istiqamətdə davam edir. Hətta növbəti görüşün aprelin 16-da İslamabadda keçirilməsi ehtimalı da gündəmdədir. Alternativ məkan kimi isə Cenevrə müzakirə olunur. Amma əsas diqqət Vaşinqtondan gələn mesajlara yönəlib.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens açıqlamasında bildirib ki, Vaşinqton artıq İranda qarşıya qoyduğu məqsədlərə çatdığını düşünür və prosesin diplomatik yolla yekunlaşmasının vaxtının gəldiyini hesab edir.

Bu açıqlama ilk baxışdan kompromis siqnalı kimi görünsə də, əslində, daha fərqli mənzərə ortaya qoyur. Çünki ABŞ danışıqlara paralel olaraq İrana qarşı konkret və sərt şərtlər irəli sürməkdə davam edir.

Vaşinqton Tehrandan zənginləşdirilmiş uran ehtiyatlarını tam şəkildə təhvil verməyi, uranın zənginləşdirilməsini uzunmüddətli, hətta 20 ilə qədər dayandırmağı və ən kritik məsələ kimi Hörmüz boğazını tam şəkildə gəmiçilik üçün açmağı tələb edir.

Məhz bu məqamda danışıqların mahiyyəti sual doğurur. Bu, qarşılıqlı kompromisə əsaslanan diplomatiyadır, yoxsa təzyiq altında razılaşma?

“Putinin dəstəsi çalışır ki...” | Ermənistanda ara niyə qarışdı?

“Putinin dəstəsi çalışır ki...” | Ermənistanda ara niyə qarışdı?

Dünya
19 may 2026 173 baxış
ABŞ və İran yeni müharibəyə hazırlaşır?

ABŞ və İran yeni müharibəyə hazırlaşır?

Dünya
19 may 2026 173 baxış
Ermənistanda qalmaqallı cinayət işi açıldı

Ermənistanda qalmaqallı cinayət işi açıldı

Dünya
19 may 2026 173 baxış
Meksika sahilində qeyri-adi hadisə yaşandı

Meksika sahilində qeyri-adi hadisə yaşandı

Dünya
19 may 2026 173 baxış
Ətrafımızdakı bütün müharibələrə eyni münasibətlə yanaşırıq | Hakan Fidan

Ətrafımızdakı bütün müharibələrə eyni münasibətlə yanaşırıq | Hakan Fidan

Dünya
19 may 2026 173 baxış
Robotların elektron profilində nələr yer alacaq?

Robotların elektron profilində nələr yer alacaq?

Dünya
19 may 2026 173 baxış
43 cildlik nəşrdə 60 mindən çox ekspert və alim iştirak edib

43 cildlik nəşrdə 60 mindən çox ekspert və alim iştirak edib

Dünya
19 may 2026 173 baxış
Nəcəf şəhərində qum fırtınasına görə xəstəxanalara müraciət edənlərin sayı artıb

Nəcəf şəhərində qum fırtınasına görə xəstəxanalara müraciət edənlərin sayı artıb

Dünya
19 may 2026 173 baxış
Ərdoğan beynəlxalq təşkilatlardan dəstək istədi

Ərdoğan beynəlxalq təşkilatlardan dəstək istədi

Dünya
19 may 2026 173 baxış
NASA astronavtlarının açıqlamaları müzakirələrə səbəb olub

NASA astronavtlarının açıqlamaları müzakirələrə səbəb olub

Dünya
19 may 2026 173 baxış
Seçilmişlər
icon