Pleyeri seçin:

Zelenskidən sərt sözlər | "Onların bizə ehtiyacı var" - Baku TV

14 aprel 2026 130 baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqı və NATO-ya üzvlük üçün sadələşdirilmiş variantlara razı olmayacağını və tam inteqrasiyada israr edəcəyini bildirib.

Bu barədə o, Berlində Almaniya Kansleri Fridrix Mertslə brifinqdə danışıb.

“Avropa İttifaqına üzvlük məsələsinə gəlincə, Almaniya və Fridrix Mertsin bizi dəstəkləməsindən məmnunam. Avropada hamı bizim mövqeyimizi bilir: bizə “yüngül Avropa İttifaqı” və “yüngül NATO” lazım deyil”, – deyə o bildirib.

Prezidentin sözlərinə görə, Ukrayna hər 2 ittifaqın tamhüquqlu və güclü üzvünə çevrilməlidir, bu həm ölkənin özünün, həm də tərəfdaşlarının maraqlarına cavab verir:

“Düzünü desəm, inanıram ki, həm Avropa, həm də NATO ölkələri Ukraynaya tam güclü tərəfdaş kimi ehtiyac duyurlar, onların bizim ordumuza ehtiyacı var. Güclü ordumuza”.

Dövlət başçısı həmçinin güclü Ukrayna Ordusunun vacibliyini və zəiflədilmiş formatların qəbuledilməz olduğunu vurğulayıb:

“Çünki zəif Ukrayna Ordusu heç kimə lazım deyil. Bu necə müdafiə olacaq? Buna görə də inanıram ki, bu, ikitərəfli maraqdır”.

Prezident əlavə edib ki, Ukraynanın aydın təhlükəsizlik zəmanətləri alması və üzvlüyün bloklanmasının qarşısını almaq üçün müharibənin dayandırılması ilə bağlı müqavilədə Avropa İttifaqına qoşulma tarixinin göstərilməsi vacibdir.

Vaşinqton Tehrana qarşı əməliyyatları bərpa edə bilər

Vaşinqton Tehrana qarşı əməliyyatları bərpa edə bilər

Dünya
07 iyun 2026 130 baxış
Ukraynanın iki kateri vuruldu, xəsarətalanlar var

Ukraynanın iki kateri vuruldu, xəsarətalanlar var

Dünya
07 iyun 2026 130 baxış
"Sagrada Familia" 12 min 60 elementdən ibarətdir

"Sagrada Familia" 12 min 60 elementdən ibarətdir

Dünya
07 iyun 2026 130 baxış
Ohayo ştatında baş verən insident nəticəsində 12 nəfər yaralanıb

Ohayo ştatında baş verən insident nəticəsində 12 nəfər yaralanıb

Dünya
07 iyun 2026 130 baxış
Böyük Britaniyada kəskin artım müşahidə olunub

Böyük Britaniyada kəskin artım müşahidə olunub

Dünya
07 iyun 2026 130 baxış
İsveç sərhəddə yeni hərbi qrup yerləşdirib

İsveç sərhəddə yeni hərbi qrup yerləşdirib

Dünya
07 iyun 2026 130 baxış
Ermənistanda aranı qarışdıracaq hadisə baş verdi - Baku TV CANLI

Ermənistanda aranı qarışdıracaq hadisə baş verdi - Baku TV CANLI

Dünya
07 iyun 2026 130 baxış
Pxenyan nüvə silahından imtina edəcək?

Pxenyan nüvə silahından imtina edəcək?

Dünya
07 iyun 2026 130 baxış
Ermənistanın siyasi gələcəyini müəyyən edəcək tarixi səsvermə - Baku TV

Ermənistanın siyasi gələcəyini müəyyən edəcək tarixi səsvermə - Baku TV

Dünya
07 iyun 2026 130 baxış
"Ölkə daha uzunmüddətli müharibəyə hazır olmalıdır" | Böyük Britaniya niyə narahatdır? - Baku TV

"Ölkə daha uzunmüddətli müharibəyə hazır olmalıdır" | Böyük Britaniya niyə narahatdır? - Baku TV

Dünya
07 iyun 2026 130 baxış
Seçilmişlər
icon