Pleyeri seçin:
Ağdam "İmarət" Kompleksində dövlət başçıları Qarabağ atlarının "Zəfər" şousunu izləyiblər
Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşünün iştirakçıları iyulun 3-də Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləyiblər.
Hərbi orkestrin ifasında Azərbaycan milli musiqi nümunələri, “Sərhədçi” rəqs ansamblının rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılanıb.
Şou müddətində Azərbaycan süvariləri yüksək peşəkarlıq nümayiş etdiriblər.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi
- Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV
- “Qarşıda bizi mühüm əməkdaşlıq imkanları gözləyir” | Meloni
- Corcia Meloni "X" sosial media hesabında paylaşım edib - Baku TV
- İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib - Baku TV
