Ağrı dağı simvolu Ermənistanda böhran yaratdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın dövlət rəmzləri ətrafında yaranan gərginlik yeni mərhələyə qədəm qoyub. Baş nazir Nikol Paşinyan ölkənin dövlət gerbində Ağrı dağının əks olunmasını kəskin tənqid edərək, bunu "mifik Ermənistanın real Ermənistanla münaqişəsi" kimi qiymətləndirib. Baku TV-nin təqdim etdiyi süjetdə bildirilir ki, Paşinyanın bu çıxışı ölkədə ciddi siyasi böhran və müxalifətin kəskin etirazı ilə qarşılanıb. Baş nazirin "Bizim gerbimizdəki simvollar Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini əks etdirmir" fikri, konstitusiya islahatları və Türkiyə ilə münasibətlərin normallaşması fonunda atılan addım kimi yozulur. Süjetdə həmçinin dövlət himninin dəyişdirilməsi təklifi, cəmiyyətdəki parçalanma və rəsmi Bakı ilə İrəvan arasındakı sülh prosesinə bu simvolik dəyişikliklərin mümkün təsirləri təhlil olunur. Ermənistan öz keçmişindən imtina edir, yoxsa real siyasətə keçid edir? Analitik baxış Baku TV-nin "Siyasət" rubrikasında.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
