Pleyeri seçin:

Aİ-dən Ermənistana yüksək məbləğdə yardım | Rəsmi Bakıdan sərt reaksiya

23 iyul 2024 174 baxış

“Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür”.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım ilə bağlı medianın sualına cavabında deyib.

“22 iyul tarixində Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi nəzərdə tutulub. Bu qərarı necə şərh edərdiniz?” sualına A.Hacızadə belə cavab verib:

“Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyirik. Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa İttifaqı da məsuliyyəti bölüşəcək”.

İran Azərbaycan ərazisini hədəfə aldı | Naxçıvana PUA hücumu - AKTUAL GÜNDƏM XÜSUSİ BURAXILIŞ

İran Azərbaycan ərazisini hədəfə aldı | Naxçıvana PUA hücumu - AKTUAL GÜNDƏM XÜSUSİ BURAXILIŞ

Siyasət
05 mart 2026 174 baxış
Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

Siyasət
05 mart 2026 174 baxış
Leyla Əliyeva və Arzu Əliyeva iftar mərasimində iştirak ediblər - Baku TV

Leyla Əliyeva və Arzu Əliyeva iftar mərasimində iştirak ediblər - Baku TV

Siyasət
04 mart 2026 174 baxış
Braziliyanın İrandakı səfiri son vəziyyətdən danışdı - Baku TV

Braziliyanın İrandakı səfiri son vəziyyətdən danışdı - Baku TV

Siyasət
04 mart 2026 174 baxış
ABŞ-nin İranda əsas strategiyası nədir? - Baku TV

ABŞ-nin İranda əsas strategiyası nədir? - Baku TV

Siyasət
04 mart 2026 174 baxış
İran müharibəni Türkiyəyə qədər genişləndirmək istəyir? - AKTUAL GÜNDƏM

İran müharibəni Türkiyəyə qədər genişləndirmək istəyir? - AKTUAL GÜNDƏM

Siyasət
04 mart 2026 174 baxış
İranın Türkiyəyə raket atması necə izah oluna bilər? - AKTUAL GÜNDƏM

İranın Türkiyəyə raket atması necə izah oluna bilər? - AKTUAL GÜNDƏM

Siyasət
04 mart 2026 174 baxış
Azərbaycana gələn iranlı pilotların və ekipaj üzvlərinin keçidi təmin edildi - Baku TV

Azərbaycana gələn iranlı pilotların və ekipaj üzvlərinin keçidi təmin edildi - Baku TV

Siyasət
04 mart 2026 174 baxış
İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib - Baku TV

İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib - Baku TV

Siyasət
04 mart 2026 174 baxış
İrandan Azərbaycana təxliyə edilənlərin sayı açıqlandı

İrandan Azərbaycana təxliyə edilənlərin sayı açıqlandı

Siyasət
04 mart 2026 174 baxış
Seçilmişlər
icon