İranla bağlı hadisələr Avropanı nələrlə üz-üzə qoydu?
Avropa Yaxın Şərq enerjisindən asılılığı səbəbindən böhranla üzləşmək riski daşıyır.
Bu barədə “Bloomberg” agentliyi xəbərdarlıq edib.
Agentliyin ekspertlərin fikrincə, Avropa İttifaqı İranla müharibənin nəticələrinə ən çox həssas olan tərəf kimi görünür: regionun neft və qaz tədarükünün əhəmiyyətli bir hissəsi Yaxın Şərqdən gəlir.
Bu arada, Aİ 2026-cı ildə orta iqtisadi artım və yavaşlayan inflyasiya gözləyirdi. Münaqişə qısamüddətli olarsa və enerji qiymətləri yalnız qısa müddətə artarsa, zərər məhdud olacaq. Lakin analitiklərin fikrincə, neft və qaz qiymətlərinin davamlı olaraq artmasına səbəb olan uzunmüddətli müharibə hökumətləri öz ölkələrinin vətəndaşlarını qiymətlərin artmasından qorumaq üçün daha çox pul xərcləməyə məcbur edə bilər.
#Avropa İttifaqı teqi istifadə olunub
