Pleyeri seçin:

İsrail Tehranda əsas infrastruktur obyektlərini atəşə tutub - Baku TV

03 mart 2026 197 baxış

İsrail Müdafiə Ordusu Tehranda hökumət obyektlərinə, İran Prezidenti Məsud Pezeşkianın Ofisinə və Ali Milli Təhlükəsizlik Şurasının binasına zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti xəbər verib.

"Kompleksə zərbə zamanı Prezident Administrasiyasının və Ali Milli Təhlükəsizlik Şurasının binalarına çox sayda sursat atılıb", – deyə İsrail Müdafiə Ordusunun yaydığı məlumatda deyilir.

Bundan başqa, sənəddə təhlükəsizlik sahəsində qərar qəbuluna görə cavabdeh olan Ali Rəhbərin iclaslarının keçirildiyi kompleks, İran zabitlərinin təlim müəssisəsi və digər əsas infrastruktur obyektlərinin vurulduğu qeyd edilir.

"Adıçəkilən kompleks İranda ən çox mühafizə olunan obyektlərdən biridir və Tehranın mərkəzində bir neçə məhəlləni əhatə edir. Rəhbərlik və yüksəkrütbəli təhlükəsizlik rəsmiləri orada mütəmadi olaraq müşavirələr keçirirdilər", – deyə məlumatda bildirilib.

İsrail Müdafiə Ordusu Tehranda yüksəkvəzifəli İran komandirinin məhv edildiyini bəyan edib.

İsrail Ordusunun mətbuat xidmətinin məlumatında deyilir ki, bu yaxınlarda İsrail Müdafiə Qüvvələri Tehranda yüksəkvəzifəli İran komandirinə zərbə endirdi, ətraflı məlumat sonra veriləcək.

İrana qarşı müharibəyə çəkilən xərclər isə sürətlə artmaqda davam edir.

Xarici KİV xəbər verir ki, ABŞ-nin İrana qarşı apardığı “Epik qəzəb” əməliyyatına 3 gün ərzində ABŞ vergiödəyicilərinin vəsaitindən 1,98 milyard ABŞ dolları sərf edilib. Gündəlik xərclər təxminən 220 milyon ABŞ dolları təşkil edir. Bu məbləğə şəxsi heyət, gəmilər, təyyarələr, sursat, logistika və gizli xərclər daxildir.

Hörmüz boğazını keçməyə çalışan gəmilər niyə atəşə tutuldu? - ANA XƏBƏR

Hörmüz boğazını keçməyə çalışan gəmilər niyə atəşə tutuldu? - ANA XƏBƏR

Dünya
18 aprel 2026 197 baxış
6 milyon insan qida çatışmazlığı ilə üzləşib

6 milyon insan qida çatışmazlığı ilə üzləşib

Dünya
18 aprel 2026 197 baxış
Türkiyədə məktəbin həyətinə ildırım düşdü | Şagirdlər öldü - Baku TV CANLI

Türkiyədə məktəbin həyətinə ildırım düşdü | Şagirdlər öldü - Baku TV CANLI

Dünya
18 aprel 2026 197 baxış
Tramp İranı hədələdi | "Əgər bunu etməsəniz..." - Baku TV CANLI

Tramp İranı hədələdi | "Əgər bunu etməsəniz..." - Baku TV CANLI

Dünya
18 aprel 2026 197 baxış
14 illik araşdırmanın nəticələri heyrətə gətirdi

14 illik araşdırmanın nəticələri heyrətə gətirdi

Dünya
18 aprel 2026 197 baxış
İranla münasibətlərdə dəyişiklik olacaq? | Trampdan açıqlama - Baku TV CANLI

İranla münasibətlərdə dəyişiklik olacaq? | Trampdan açıqlama - Baku TV CANLI

Dünya
18 aprel 2026 197 baxış
ABŞ-İran danışıqlarının yeri və vaxtı açıqlandı | Trampdan açıqlama - Baku TV

ABŞ-İran danışıqlarının yeri və vaxtı açıqlandı | Trampdan açıqlama - Baku TV

Dünya
18 aprel 2026 197 baxış
Papa XIV Leo Dualada xəstələrə baş çəkdi

Papa XIV Leo Dualada xəstələrə baş çəkdi

Dünya
18 aprel 2026 197 baxış
ABŞ və İran yenidən masa arxasına keçə bilər

ABŞ və İran yenidən masa arxasına keçə bilər

Dünya
18 aprel 2026 197 baxış
Ortaq gigiyena vasitələrinin fəsadları

Ortaq gigiyena vasitələrinin fəsadları

Dünya
18 aprel 2026 197 baxış
Seçilmişlər
icon