Almaniyanın xarici işlər naziri qlobal istiləşmədən danışdı | Təxirəsalınmaz addımlar atılmalıdır
Yeniliklərdən dərhal xəbərdar olun
“Əvvəldən bəlli idi ki, bu iqlim konfransı ilk növbədə maliyyələşdirmə məsələlərinə həsr olunub”.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
O bildirib ki, qlobal istiləşmədə hər 0,1 dərəcə artım nəticələri daha da bahalı edir:
“Məqsədimiz 2035-ci ilə qədər böyük iqlim çağırışları, zərərlər və itkilərlə, eləcə də genişmiqyaslı adaptasiya tədbirləri ilə necə mübarizə aparacağımızı müəyyən etməkdir. Bunu birlikdə və ən əsası ədalətli şəkildə etməyimiz vacibdir.
Əgər planetdəki bütün zərərləri ödəmək üçün təxirəsalınmaz addımlar ataraq qlobal istiləşməni 1,5 dərəcə çərçivəsində saxlamağa yönəlməsək, bu problemi maliyyələşdirə bilmərik. Məhz buna görə Avropa nümayəndə heyəti olaraq Dubayda əldə etdiyimiz nailiyyətləri, xüsusən də emissiyaların azaldılması məsələsində möhkəmləndirmək və bu əsasda gələcək iqlim maliyyələşdirilməsini qurmaq bizim üçün son dərəcə vacib idi”.
#Almaniya XİN teqi istifadə olunub
- Aİ Təl-Əvivə qarşı yeni sanksiyalar tətbiq edə bilər - Baku TV
- Moskvanın hədələri Berlini Ukraynaya dəstəkdən çəkindirə biləcəkmi? - Baku TV
- İsrail Ordusunun Livanda irəliləməsi aranı qarışdırdı
- İranın ərazi bütövlüyü qorunmalıdır | Almaniyanın xarici işlər naziri
- Almaniya xarici işlər naziri: Macarıstan Avropaya xəyanət etdi
