Siyasət
Pleyeri seçin:

AP-dən ərazi bütövlüyümüzü pozan qətnamə | Ayxan Hacızadədən açıqlama

14 mart 2024

“Avropa Parlamentində martın 13-də qəbul edilmiş “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə əsassız və qərəzli olmaqla yanaşı, ölkəyə qarşı növbəti ikili standartların bariz nümunəsidir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə “sülhün təşviq edilməsi” kimi təqdim olunmasına və guya Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına baxmayaraq, bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir:

“Qətnamədə beynəlxalq əlaqələrin mahiyyətinə zidd olaraq siyasi etik normalardan kənara çıxan cəfəng və təhqiramiz ifadələrin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq pozuntu dolu fikirlərin əks olunması qətnaməni irəli sürmüş Avropa Parlamenti üzvlərinin əsl mahiyyətini izah edir.

Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrı-seçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, daha faydalı quruma çevrilər.

Avropa Parlamenti üzvlərinin diqqətinə bir daha çatdırırıq ki, bəyan etdiyi dəyərlərlə heç bir əlaqəsi olmayan bu kimi qətnamələr Avropa Parlamentinin bir qurum kimi rolunu tamamilə heçə endirir”.

Müdafiə Nazirliyi Rusiya dənizçiləri ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi Rusiya dənizçiləri ilə bağlı məlumat yaydı

Siyasət
30 iyun 2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada qeyri-rəsmi zirvə toplantısına qatılacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada qeyri-rəsmi zirvə toplantısına qatılacaq

Siyasət
30 iyun 2024
Seçkiləri hansı beynəlxalq təşkilatlar müşahidə edəcək? | MSK açıqladı

Seçkiləri hansı beynəlxalq təşkilatlar müşahidə edəcək? | MSK açıqladı

Siyasət
29 iyun 2024
Şorca Alban məbədləri və onların üzərindəki yazılar saxtalaşdırılıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Şorca Alban məbədləri və onların üzərindəki yazılar saxtalaşdırılıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
29 iyun 2024
Məzahir Pənahov seçkilərə hazırlıqdan danışdı

Məzahir Pənahov seçkilərə hazırlıqdan danışdı

Siyasət
29 iyun 2024
MSK sədrindən siyasi partiyalarla bağlı mühüm açıqlama

MSK sədrindən siyasi partiyalarla bağlı mühüm açıqlama

Siyasət
29 iyun 2024
Azad edilmiş torpaqlarda keçirilən seçkilərdə narazılıq olub? | MSK-dan açıqlama

Azad edilmiş torpaqlarda keçirilən seçkilərdə narazılıq olub? | MSK-dan açıqlama

Siyasət
29 iyun 2024
Gürcüstanda müəmmalı görüş | Rusiyalı politoloqdan iddialı açıqlama

Gürcüstanda müəmmalı görüş | Rusiyalı politoloqdan iddialı açıqlama

Siyasət
29 iyun 2024
Bakı ilə bağlı vacib məsələ | Mirzoyanın Xorvatiyaya səfərinin məqsədi

Bakı ilə bağlı vacib məsələ | Mirzoyanın Xorvatiyaya səfərinin məqsədi

Siyasət
29 iyun 2024
Abramyan Paşinyana od püskürdü | Ermənistan üçün əsas təhlükə…

Abramyan Paşinyana od püskürdü | Ermənistan üçün əsas təhlükə…

Siyasət
29 iyun 2024
Seçilmişlər
icon