Ararat Mirzoyandan sülhlə bağlı mühüm açıqlama | Tarixi hadisə olacaq
“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması regionda dayanıqlı sülhün qorunması və bərqərar olması üçün tarixi hadisə olacaq”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə danışıqlarda zamanı deyib.
Bildirib ki, ölkələr arasında nəqliyyat kommunikasiyalarının tam açılması təkcə İrəvan üçün sərfəli deyil:
“Mən bəyan etdim ki, bir ay ərzində intensiv işləsək, bu prosesi başa çatdıra və Azərbaycanla bu mühüm sazişi imzalaya bilərik. Bununla yanaşı, regionda inkişaf və sabitlik baxımından infrastrukturun və kommunikasiyaların tam açılmasının vacibliyini müzakirə etmək istərdim. Biz konstruktiv şəkildə Ermənistan və Azərbaycan arasında infrastruktur və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıyıq. Bu, təkcə Ermənistan üçün deyil, digər region ölkələri üçün də iqtisadi cəhətdən sərfəlidir”.
A.Mirzoyan açıqlamasında həmçinin onu da deyib ki, Ermənistan Türkiyə ilə də diplomatik münasibətlərin bərpasına hazırdır. O, Ankara ilə sağlam dialoqun olduğunu və diplomatik münasibətlərin əsasının təsis edilməsinin vaxtının yetişdiyini qeyd edib.