Arutyunyan Xankəndidən çıxa bilməyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması bir çox problemlərin həllinə nail olacaq. Çünki bu yolla ölkə ərazisinə giriş-çıxış dövlət qurumlarımızın nəzarəti altında həyata keçiriləcək ki, bu da xüsusilə Xankəndidə yuva salan separatçı ünsürlərin zərərsizləşdirilməsi baxımından mühüm addım deməkdir. Belə olan halda isə Xankəndidən heç bir yerə qaçmaq imkanı olmayan quldurbaşı Arayik Arutyunyanın Qarabağda və ya Ermənistana keçmək istəyərkən həbs olunması daha tez reallaşa bilər.
Rəsmi Bakı separatçıların rəhbərini əbəs yerə beynəlxalq axtarışa verməyib. Ələlxüsus da Vətən müharibəsi dövründə yol verdiyi cinayət əməllərinə görə Arayik Arutyunyan və onun əlaltıları gec-tez cavab verəcək. Odur ki, A.Arutyunyanın tezliklə həbs edilməsi istisna deyil.
Azərbaycan Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurmaqla terrorçu ünsürləri zərərsizləşdirmək üçün ilk addımı atıb. Üstəlik, Arayik beynəlxalq axtarışa verildiyi üçün başqa yerə qaçsa belə, onun ekstradisiyası həyata keçiriləcək. Çünki Azərbaycanın bəzi ölkələrlə bu sahədə beynəlxalq müqaviləsi var. Bu isə hər şeydən əvvəl Azərbaycanın milli təhlükəsizliyi üçün mühüm amillərdən biri olacaq.
#Xankəndi teqi istifadə olunub
- Xankəndidə gəncləri bir araya gətirən "Zəfər nəsli" adlı düşərgə nə qədər davam edəcək? - Baku TV
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər - Baku TV
- Prezident İlham Əliyev Xankəndidəki çıxışında dünyaya hansı mesajları verdi? - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- İlham Əliyev Xankəndidə Zəfər Günü münasibətilə çıxış etdi - Baku TV CANLI
