Pleyeri seçin:

AŞPA-da Azərbaycan əleyhinə səs vermiş şəxslər... | Xarici İşlər Nazirliyi

25 avqust 2024 616 baxış

Bir sıra korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində adı hallanan Frank Şvabenin Azərbaycan və ölkə rəhbərliyi barədə səsləndirdiyi fikirlər bu insanın nə dərəcədə qərəzli, saxta və ikiüzlü siyasətçi olduğunu nümayiş etdirir.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

“Siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi göstəricilərinə görə lider ölkələrdən olan Azərbaycanın siyasi rəhbərliyinə qarşı səslənən fikirlər ilk növbədə ölkənin uğurlarına qarşı qərəz kimi dəyərləndirilir.

Bununla yanaşı, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində tərəfimizdən atılan addımlar və apardığımız müstəqil siyasətin Frank Şvabe kimi şəxslərin məkrli niyyətləri ilə üst-üstə düşmədiyi, onları narahat etdiyi bir faktdır.

Frank Şvabeyə yaxşı məlumdur ki, AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir.

Azərbaycan-Rusiya ilə münasibətlərdən narahatlıq ifadə edən F.Şvabenin Almaniyada və AŞPA-da Rusiya ilə əməkdaşlıqda olan, hətta bu gün Rusiyanın "Qazprom" şirkəti ilə yaxından əməkdaşlıq edən şəxslərdən danışması yerinə düşərdi.

Bununla yanaşı, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizənin mahiyyətinə zidd fikirlər səsləndirilməsi F.Şvabenin Azərbaycana qarşı qərəzini növbəti dəfə nümayiş etdirir” , – deyə o qeyd edib.

"Sülh körpüsü"ndə ilk böyük çat: Bakı niyə görüşü təxirə saldı? - AKTUAL GÜNDƏM

"Sülh körpüsü"ndə ilk böyük çat: Bakı niyə görüşü təxirə saldı? - AKTUAL GÜNDƏM

Siyasət
24 sentyabr 2026 616 baxış
NATO-Rusiya müharibəsi realdır? - Milyonlarla insan üçün təhlükəli vəziyyət yarandı - Baku TV

NATO-Rusiya müharibəsi realdır? - Milyonlarla insan üçün təhlükəli vəziyyət yarandı - Baku TV

Siyasət
24 sentyabr 2026 616 baxış
Ərdoğan-Paşinyan görüşündə Azərbaycan məsələsi gündəmdə olub? - Baku TV

Ərdoğan-Paşinyan görüşündə Azərbaycan məsələsi gündəmdə olub? - Baku TV

Siyasət
24 sentyabr 2026 616 baxış
Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV

Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV

Siyasət
24 sentyabr 2026 616 baxış
İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev Çin və İtaliya şirkətlərinin nümayəndələri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
24 sentyabr 2026 616 baxış
İrandan ABŞ-yə ultimatum | Trampla Zelenski ortaq məxrəcə gələ biləcək? - YENİ BİR SƏHƏR

İrandan ABŞ-yə ultimatum | Trampla Zelenski ortaq məxrəcə gələ biləcək? - YENİ BİR SƏHƏR

Siyasət
24 sentyabr 2026 616 baxış
Paytaxtda Çinin 77-ci ildönümü münasibətilə diplomatik və işgüzar dairələr toplandı - Baku TV

Paytaxtda Çinin 77-ci ildönümü münasibətilə diplomatik və işgüzar dairələr toplandı - Baku TV

Siyasət
24 sentyabr 2026 616 baxış
Dövlət başçısı “AzerGold”un Müşahidə Şurası ilə bağlı yeni sərəncam imzalayıb - Baku TV

Dövlət başçısı “AzerGold”un Müşahidə Şurası ilə bağlı yeni sərəncam imzalayıb - Baku TV

Siyasət
23 sentyabr 2026 616 baxış
Azərbaycanın müdafiə sənayesi üçün yeni imkanlar: “ADEX”də əsas hədəflər nələrdir? - HƏRBİ XRONİKA

Azərbaycanın müdafiə sənayesi üçün yeni imkanlar: “ADEX”də əsas hədəflər nələrdir? - HƏRBİ XRONİKA

Siyasət
23 sentyabr 2026 616 baxış
Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Ərdoğanın “Dünya beşdən böyükdür” çağırışı BMT-də hansı dəyişikliklərə yol aça bilər? - Baku TV

Siyasət
23 sentyabr 2026 616 baxış
Seçilmişlər
icon