Avropanın enerji təhlükəsizliyini Azərbaycan və Gürcüstansız təsəvvür etmək olmaz | Prezident
Aprelin 16-da Prezident İlham Əliyevlə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib.
Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev bildirib ki, bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
“Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.
“Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib”.
Bu sözləri də Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili deyib.
“Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız dırnaqarası liberal dəyərlərlə yox, öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər”, – deyə Gürcüstan Prezidenti vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları təltif edilib - Baku TV
- Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif edildi - Baku TV
- İlham Əliyev vacib sərəncam imzaladı
- Bu ölkə Rusiyaya nota verdi | Trampdan sərt çıxış | Bakıda “Santa Bus” işə başladı - YENİ BİR SƏHƏR
