AZAL Rusiyanın 10 şəhərinə uçuşları dayandırır
“Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın daha 3 şəhəinə – Saratov, Nijni Novqoroq və Vladiqafqaza sabahdan uçuşları dayandırır.
Bu barədə AZAL məlumat yayıb.
Bundan öncə isə AZAL dekabrın 28-dən etibarən Rusiyanın daha 5 hava limanına – Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samaraya uçuşları dayandırıb.
Qurumdan verilən xəbərə görə, bu qərar aviaşirkətin Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən verilib.
Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə də uçuşların dayandırılması barədə qərar vermişdi.
#AZAL teqi istifadə olunub
- İran tunellərdən raket qurğularını çıxarır: yeni müharibəyə hazırlıq gedir? - AKTUAL GÜNDƏM
- Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı vacib bəyanat - Baku TV CANLI
- Rusiya AZAL təyyarəsi ilə bağlı istintaqı niyə dayandırdı və nəyi gizlədir? - AKTUAL GÜNDƏM
- Rusiya İstintaq Komitəsinin rəhbəri Bastrıkin həqiqəti ört-basdır etdi? - Baku TV
- Rusiya cinayət işinə xitam verir? - Baku TV
