Azəbaycanla ticarət dövriyyəsi 16 dəfə artıb | Serbiya Prezidenti - Baku TV
Azərbaycan və Serbiya arasındakı iqtisadi tərəfdaşlıq son illərdə görünməmiş bir sıçrayış edib. Baku TV-nin Belqraddan verdiyi xəbərə görə, Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatında iki ölkə arasındakı ticarət dövriyyəsinin son illər ərzində 16 dəfə artdığını elan edib.
Vuçiç vurğulayıb ki, 2012-ci və 2015-ci illərlə müqayisədə iqtisadi münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu artım təkcə enerji sektorunu deyil, həm də müdafiə sənayesi, nəqliyyat və kənd təsərrüfatı kimi sahələri əhatə edir. Serbiya lideri qeyd edib ki, Azərbaycanla qurulan səmimi dostluq iqtisadi rəqəmlərdə özünü birbaşa büruzə verir və bu, hər iki xalqın rifahına xidmət edir. Videoda ticarət dövriyyəsinin artım dinamikası, iki ölkə arasında imzalanan 50-dən çox dövlətlərarası sənədin iqtisadi təsiri və Belqradın Bakı ilə gələcək ticarət hədəfləri barədə ətraflı statistik təhlil yer alır.
#Serbiya teqi istifadə olunub
- Serbiya Azərbaycandan nə qədər qaz tədarük etməyi planlayır? - Baku TV
- Serbiyalı nazirdən mühüm mesaj | "Azərbaycan Serbiya üçün sadəcə qaz tədarükçüsü deyil" - Baku TV
- "Artıq qaz yoxdur!" - Neft və qaz kəskin bahalaşacaq? - "Hamı üçün cəhənnəm yaranacaq!" - Baku TV
- Serbiyanın İrandakı səfiri təxliyəyə görə Azərbaycana təşəkkür etdi - Baku TV
- Fermerlərdən yüksək istehsal xərclərinə etiraz
