Azərbaycan-Çin tərəfdaşlığına dair konfransda nələr müzakirə edildi? | Detallar açıqlandı
Bakıda "Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfrans keçirilib.
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən konfransda iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti qiymətləndirilib.
Tədbirdə YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Jianchao, YAP Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Milli Məclisin deputatı Fariz İsmayılzadə çıxış ediblər.
Onlar Azərbaycan və Çin arasındakı münasibətlərin dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslandığını vurğulayıblar.
Konfransda bildirilib ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çinin Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir. Həmçinin vurğulanıb ki, Çinin Azərbaycanın BRICS platformasında təmsilçiliyinə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına dəstək göstərməsi də səmimi dostluq və tərəfdaşlıq nümunəsidir.
Tədbirdə Milli Məclisin deputatı Pərvin Kərimzadənin moderatorluğu və çıxışçıların iştirakı ilə panel müzakirə də keçirilib. Azərbaycan və Çin arasındakı strateji tərəfdaşlığa həsr olunan müzakirələr sual-cavabla davam edib.
#Çin teqi istifadə olunub
- Qeyri-adi hadisə | Süni intellektin səhvi az qala ABŞ və Çini savaşa sürükləyirmiş - Baku TV CANLI
- ADY yükdaşıma imkanlarını artırmaq üçün lokomotiv parkını yeniləyir - Baku TV
- Çində baş verən güclü yanğın çoxsaylı insanın həyatına son qoydu - Baku TV CANLI
- Tehran regionun gələcəyini nədə görür? | Qalibafdan açıqlamalar - Baku TV CANLI
- Moskva-Vaşinqton xəttində yeni mərhələ | Liderlər Çində görüşəcək? - Baku TV
