Pleyeri seçin:

Azərbaycan Haaqa Məhkəməsinə Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib

13 fevral 2025 194 baxış

Azərbaycan tərəfi Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında 1979-cu il tarixli “Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında” Konvensiya əsasında Ermənistana qarşı arbitraj işi üzrə iddia sənədini təqdim edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iddia sənədində Ermənistanın “Bern Konvensiyası”na dair hüquqi öhdəliklərinin çoxsaylı pozuntuları ətraflı şəkildə öz əksini tapıb.

Məlumata görə, Azərbaycan öz ərazilərini azad etməklə Ermənistanın ətraf mühiti məhv etməsinə və dünyanın ən zəngin biomüxtəliflik ocaqlarından birində yaşayış mühiti və növlərini qoruya bilmədiyinə dair dəhşətli sübutlar aşkar edib. Ermənistanın hərəkətlərinin bölgədəki canlı təbiətə və növlərinə dönməz şəkildə ciddi ziyan vurduğu müəyyənləşdirilib.

Bildirilib ki, 2023-cü il yanvarın 18-də Azərbaycan sözügedən dəlillərə əsaslanaraq arbitraj prosesinin başlanması üçün Ermənistana arbitraj bildirişi göndərib. 2023-cü il sentyabrın 15-də arbitraj məhkəməsinin tərkibi təsdiqlənərək, 2024-cü il aprelin 12-də Haaqadakı Sülh Sarayında Azərbaycanla Ermənistan arasında ilk prosedur iclası keçirilib.

“Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiası Bern Konvensiyası əsasında indiyədək məlum olan ilk dövlətlərarası arbitraj prosesidir. Azərbaycan Ermənistan tərəfindən yaşayış yerlərinin və canlı təbiətin kütləvi şəkildə məhv edilməsinə görə bu ölkədən tam təzminat tələb edir. Buraya Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı əraziyə aid olan yüzlərlə vəhşi təbiət növünə və yaşayış yerlərinə mənfi təsir göstərən addımlar, o cümlədən meşələrin genişmiqyaslı qırılması, ekoloji cəhətdən səmərəsiz şəkildə ağacların kəsilməsi, mədənçilik və su elektrik stansiyalarının tikintisi daxildir.

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaşı 2000-dən çox olan qədim ağacların olduğu Azərbaycanda minlərlə hektar xüsusi mühafizə olunan və qiymətli meşənin zərər gördüyünü bildirib. Bu qoruqlardan bəziləri Bəsitçay vadisindəki şərq çinarı meşəsi kimi nadir və kövrək ekosistemləri qorumaq üçün yaradılmışdı. UNEP hesabatında Oxçuçay çayında yüzlərlə balığın ölü tapıldığını əlavə edərək, əvvəllər işğal olunmuş ərazilərdə mədənçiliyin suyun, torpağın və biomüxtəlifliyin kimyəvi çirklənməsinə səbəb olduğunu sənədləşdirib. İşğal zamanı Ermənistan tərəfindən törədilən hərəkətlər hələ də bir neçə qorunan balıq və amfibiya növünü təhdid edir.

Azərbaycan ədalətin təmini istiqamətində fəaliyyətini davam etdirəcək və Ermənistanın qanunsuz işğalı zamanı ətraf mühitin, heyvan növlərinin və yaşayış yerlərinin məhv edilməsi və qorunmaması ilə bağlı bu ölkəni beynəlxalq məsuliyyətə cəlb edəcək”, – deyə XİN-in məlumatında qeyd olunur.

Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

Siyasət
19 sentyabr 2026 194 baxış
Ermənistanı yeni qarşıdurmaya kim sürükləyir? - AKTUAL GÜNDƏM

Ermənistanı yeni qarşıdurmaya kim sürükləyir? - AKTUAL GÜNDƏM

Siyasət
19 sentyabr 2026 194 baxış
Süni intellekt müharibələrə necə təsir edəcək? - Hərbi sahədə nələr dəyişəcək? - Baku TV

Süni intellekt müharibələrə necə təsir edəcək? - Hərbi sahədə nələr dəyişəcək? - Baku TV

Siyasət
19 sentyabr 2026 194 baxış
Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV

Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV

Siyasət
19 sentyabr 2026 194 baxış
Qondarma rejimi ləğv edən fərman yenidən gündəmdə | Sənəddə nələr qeyd olunub? - Baku TV

Qondarma rejimi ləğv edən fərman yenidən gündəmdə | Sənəddə nələr qeyd olunub? - Baku TV

Siyasət
19 sentyabr 2026 194 baxış
“Haber Global” Qarabağda antiterror əməliyyatının 3-cü ildönümü ilə bağlı süjet hazırladı - Baku TV

“Haber Global” Qarabağda antiterror əməliyyatının 3-cü ildönümü ilə bağlı süjet hazırladı - Baku TV

Siyasət
19 sentyabr 2026 194 baxış
Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV

Azərbaycan Ordusu tarix yazdı | Ermənistan sülhə necə məcbur edildi? - Baku TV

Siyasət
19 sentyabr 2026 194 baxış
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür - Baku TV CANLI

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür - Baku TV CANLI

Siyasət
19 sentyabr 2026 194 baxış
DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım etdi - Baku TV

DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım etdi - Baku TV

Siyasət
19 sentyabr 2026 194 baxış
SOCAR-ın Özbəkistanda fəaliyyəti genişləndiriləcək - Baku TV

SOCAR-ın Özbəkistanda fəaliyyəti genişləndiriləcək - Baku TV

Siyasət
19 sentyabr 2026 194 baxış
Seçilmişlər
icon