Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir | Detallar - Baku TV
Brüsseldə Azərbaycan və Avropa İttifaqı (Aİ) nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi olaraq bərpa edilib. Baku TV-nin məlumatına görə, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Aİ rəsmisi Audrone Perkauskienenin həmsədrliyi ilə keçən görüşdə "Tərəfdaşlıq Prioritetləri" sənədi üzrə mühüm irəliləyişlər əldə olunub. Müzakirələrdə Azərbaycanın müxtəlif dövlət qurumlarının, o cümlədən Energetika, İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndələri iştirak edərək enerji təhlükəsizliyi, nəqliyyat və iqlim fəaliyyəti sahələrində əməkdaşlığı diqqət mərkəzində saxlayıblar. Konstruktiv ruhda keçən danışıqların növbəti mərhələsinin iyun ayında Bakıda keçirilməsi qərara alınıb. Videoda Brüssel görüşünün əsas nəticələri və Azərbaycan-Aİ münasibətlərinin strateji gələcəyi barədə ətraflı məlumat təqdim olunur.
#Avropa İttifaqı teqi istifadə olunub
- “Rusiya Ermənistan xalqının etdiyi hər seçimi...” | Overçukdan açıqlama
- Blogerlər sammit və nazirlərin görüşünə qatıla biləcək?
- Bakı xəbərdarlıq edir: yeni təxribatlara qarşı önləyici addımlar atılacaq? - AKTUAL GÜNDƏM
- Kallas Aİ Xarici İşlər Şurasının iclasının yekunlarına dair açıqlama verib
- Finlandiya Prezidenti: "Rusiya ilə danışıqlara başlamağın vaxtıdır"
