Pleyeri seçin:

Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın neft şirkətləri arasındakı əməkdaşlığının inkişafı

04 mart 2025 249 baxış

Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Rusiyanın "Tatneft" şirkətinin baş direktoru Nail Maqanovu, Qazaxıstanın "KazMunayQaz" şirkətinin idarə heyətinin sədri Asxat Xassenovu və Özbəkistanın "Uzbeknefteqaz" şirkətinin idarə heyətinin sədri Baxodirjon Sidikovu qəbul edib.

Dövlət başçısı bu gün çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin başlandığını deyərək bunun üçün hazırlıq işlərinin uğurla aparıldığını vurğulayıb.

Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın neft sirkətləri arasında çox sıx istehsalat münasibətlərinin artıq qurulduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda bir sıra layihələrin həyata keçirildiyini deyib, bu xüsusda səyləri birləşdirməyin önəminə toxunub.

Dövlət başçısı birgə istehsal və dost ölkələrə sifarişlərin həyata keçirilməsi baxımından da dördtərəfli əməkdaşlığın rolunu qeyd edib.

Söhbət zamanı yeni yaradılan əməkdaşlıq formatının perspektivləri barədə fikir mübadiləsi aparılıb, onun ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

Vurğulanıb ki, bu format çərçivəsində şirkətlər arasında fövqəladə halların aradan qaldırılması və birgə reaksiya qruplarının yaradılması, rəqəmsal texnologiyalar və proqram təminatı sahələrində işlərin optimallaşdırılması, müştərək satınalmaların təşkili, habelə müxtəlif sənaye sahələrinin inkişafı üzrə əməkdaşlıq nəzərdə tutulur.

Qeyd edilib ki, bu yeni əməkdaşlıq formatı digər xarici şirkətlərin qoşulması üçün də açıqdır.

Qazaxıstan Prezidenti Xəzərin quruması problemindən danışdı

Qazaxıstan Prezidenti Xəzərin quruması problemindən danışdı

Siyasət
12 dekabr 2025 249 baxış
Aşqabadda Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu keçirilir - Baku TV

Aşqabadda Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu keçirilir - Baku TV

Siyasət
12 dekabr 2025 249 baxış
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevi yad etdilər

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevi yad etdilər

Siyasət
12 dekabr 2025 249 baxış
Milli Məclis sədrinin müavini Rafael Hüseynov partiyadakı vəzifəsindən gedir? - Baku TV

Milli Məclis sədrinin müavini Rafael Hüseynov partiyadakı vəzifəsindən gedir? - Baku TV

Siyasət
12 dekabr 2025 249 baxış
DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdi - Baku TV

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etdi - Baku TV

Siyasət
12 dekabr 2025 249 baxış
ABŞ İrana yenidən zərbələr endirəcək? - Baku TV CANLI

ABŞ İrana yenidən zərbələr endirəcək? - Baku TV CANLI

Siyasət
12 dekabr 2025 249 baxış
Ərdoğan son illər çoxalan münaqişələrdən danışdı

Ərdoğan son illər çoxalan münaqişələrdən danışdı

Siyasət
12 dekabr 2025 249 baxış
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər - Baku TV

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər - Baku TV

Siyasət
12 dekabr 2025 249 baxış
Ulu öndərin missiyası bu gün hansı tarixi nəticə ilə tamamlanır? - AKTUAL GÜNDƏM

Ulu öndərin missiyası bu gün hansı tarixi nəticə ilə tamamlanır? - AKTUAL GÜNDƏM

Siyasət
12 dekabr 2025 249 baxış
Aşqabadda “Beynəlxalq sülh və etimad” forumu keçirilir

Aşqabadda “Beynəlxalq sülh və etimad” forumu keçirilir

Siyasət
12 dekabr 2025 249 baxış
Seçilmişlər
icon