Pleyeri seçin:

Azərbaycan, Türkiyə, Özbəkistan arasındakı üçtərəfli görüşdə nələr müzakirə edildi?

29 yanvar 2025 309 baxış

Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilib.

İclasda üç ölkənin xarici işlər nazirləri ilə yanaşı, iqtisadiyyat və nəqliyyat nazirləri də iştirak ediblər.

İclasın gündəliyinə xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı, nəqliyyat və kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Görüş zamanı Orta Dəhlizin önəminin artırılmasına diqqət çəkilib, Suriya və Qəzzada baş verənlər, həmçinin Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Görüş çərçivəsində Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Baxtiyor Saidov iki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və rabitə aspektlərini, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Regional və beynəlxalq əməkdaşlıq çərçivələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəlikdə mühüm yer tutub.

C.Bayramov həmkarını regionda sülh səyləri, mövcud çağırışlar və davamlı sülh quruculuğu prosesinə olan təhdidlər barədə məlumatlandırıb. Nazirlər həmçinin “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə Tədbirlərin Kompleks Proqramı”nı imzalayıb və təsdiq ediblər.

İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

İlham Əliyev və Numan Kurtulmuş arasında müzakirə olunan məsələlər

Siyasət
24 iyun 2026 309 baxış
BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

BMTM-in təşkilatçılığı ilə konfrans keçirildi

Siyasət
24 iyun 2026 309 baxış
Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Prezident Türkiyə Böyük Millət Məclisi sədri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
24 iyun 2026 309 baxış
Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV

Siyasət
24 iyun 2026 309 baxış
Bakı-İrəvan münasibətlərində yeni səhifə? | Regional kommunikasiyaların bərpası - Baku TV

Bakı-İrəvan münasibətlərində yeni səhifə? | Regional kommunikasiyaların bərpası - Baku TV

Siyasət
24 iyun 2026 309 baxış
Azərbaycan və Türkmənistan prezidentlərinin Qarabağ səfəri | BMT-dən vacib təşəbbüs - YENİ BİR SƏHƏR

Azərbaycan və Türkmənistan prezidentlərinin Qarabağ səfəri | BMT-dən vacib təşəbbüs - YENİ BİR SƏHƏR

Siyasət
24 iyun 2026 309 baxış
Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - Baku TV

Azərbaycan və Türkmənistan liderləri Qarabağda birlik nümayiş etdirdilər - Baku TV

Siyasət
24 iyun 2026 309 baxış
Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycan üzərindən davam edir - Baku TV

Rusiyadan Ermənistana növbəti buğda tədarükü Azərbaycan üzərindən davam edir - Baku TV

Siyasət
24 iyun 2026 309 baxış
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib | "Haber Global"dan süjet - Baku TV

Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib | "Haber Global"dan süjet - Baku TV

Siyasət
23 iyun 2026 309 baxış
Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV

Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana nələr yollanıldı? - Baku TV

Siyasət
23 iyun 2026 309 baxış
Seçilmişlər
icon