Pleyeri seçin:

Azərbaycan və BƏƏ arasında mühüm sənədlər imzalandı - Baku TV

14 sentyabr 2026 47 baxış

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, Əbu-Dabi Əmirliyi hakiminin müavini Şeyx Tahnun bin Zayed Al Nəhyanı qəbul edib.

Söhbət zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişlənməsindən məmnunluq ifadə olunub.

Münasibətlərimizin möhkəmlənməsində Azərbaycan və BƏƏ prezidentlərinin şəxsi dostluq əlaqələri, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşlərinin mühüm rol oynadığı vurğulanıb.

Əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi baxımından Birləşmiş Ərəb Əmirliklərindən böyük nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunulub.

Sonra Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Mərasimdə "Azərbaycanda bərpaolunan enerji layihələrinin işlənib hazırlanması məqsədilə "Abu Dhabi Future Energy Company" – "Masdar" və "AGEC" arasında əməkdaşlıq Sazişi", "Azərbaycan İnvestisiya Holdinqi ilə "L`IMAD HOLDING COMPANY PJSC" arasında strateji əməkdaşlıq Sazişi", "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə "Terra Mining Ltd" arasında "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində mineral-xammal potensialının və mədən sahələrinin birgə qiymətləndirilməsi və kəşfiyyatı haqqında Saziş", Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və "GROUP 42 Holding Ltd" arasında "Azərbaycan Respublikasında Data Mərkəzinin, Yüksək Performanslı Hesablama və Süni İntellekt İnfrastrukturunun inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu", Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının adından çıxış edən) və "XRG SGC LIMITED" arasında "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı Səhmdarlar Müqaviləsi", həmçinin Energetika Nazirliyi, SOCAR və "Masdar" arasında "Neftçala 315 mvt Günəş fotovoltaik layihəsi üzrə maliyyə bağlanışının baş tutmasının təsdiqi" sənədi imzalanıb.

Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı dərsləri azaldıldı - Baku TV CANLI

Gürcüstanda Azərbaycan dili və ədəbiyyatı dərsləri azaldıldı - Baku TV CANLI

Siyasət
14 sentyabr 2026 47 baxış
Azərbaycandilli məktəblərdə ana dili və ədəbiyyat dərsləri azaldılıb - Baku TV

Azərbaycandilli məktəblərdə ana dili və ədəbiyyat dərsləri azaldılıb - Baku TV

Siyasət
14 sentyabr 2026 47 baxış
"Məkkə sazişi" ölkələri münaqişəyə müdaxilə edə bilərmi?

"Məkkə sazişi" ölkələri münaqişəyə müdaxilə edə bilərmi?

Siyasət
14 sentyabr 2026 47 baxış
Məğlubiyyət İrəvanı hərəkətə keçirdi | Çin dronları Ermənistana nə verəcək? - HƏRBİ XRONİKA

Məğlubiyyət İrəvanı hərəkətə keçirdi | Çin dronları Ermənistana nə verəcək? - HƏRBİ XRONİKA

Siyasət
14 sentyabr 2026 47 baxış
Ər-Riyadın çətin seçimi: Hərbi əməliyyat, yoxsa siyasi geriçəkilmə? - AKTUAL GÜNDƏM

Ər-Riyadın çətin seçimi: Hərbi əməliyyat, yoxsa siyasi geriçəkilmə? - AKTUAL GÜNDƏM

Siyasət
14 sentyabr 2026 47 baxış
Türkiyənin XİN rəhbəri Hakan Fidan Azərbaycana səfər edəcək - Baku TV CANLI

Türkiyənin XİN rəhbəri Hakan Fidan Azərbaycana səfər edəcək - Baku TV CANLI

Siyasət
14 sentyabr 2026 47 baxış
Səudiyyə Ərəbistanı husilərlə qarşıdurmada tək qala bilər? - Baku TV

Səudiyyə Ərəbistanı husilərlə qarşıdurmada tək qala bilər? - Baku TV

Siyasət
14 sentyabr 2026 47 baxış
İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında - Baku TV

İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında - Baku TV

Siyasət
14 sentyabr 2026 47 baxış
Türk dünyasının dini liderləri Bakıda bir araya gəldi

Türk dünyasının dini liderləri Bakıda bir araya gəldi

Siyasət
14 sentyabr 2026 47 baxış
Azərbaycana strateji xəbərdarlıq: Rusiyanın “anti-Orta Dəhliz” həmləsi - AKTUAL GÜNDƏM

Azərbaycana strateji xəbərdarlıq: Rusiyanın “anti-Orta Dəhliz” həmləsi - AKTUAL GÜNDƏM

Siyasət
14 sentyabr 2026 47 baxış
Seçilmişlər
icon