Pleyeri seçin:

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin liderləri bir arada | Görüşdən görüntülər

13 yanvar 2025 249 baxış

Yanvarın 13-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərlərini, bu səfərlər çərçivəsində dövlət başçısı ilə keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırlayıb.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin COP29-da iştirakını bir daha yüksək qiymətləndirən dövlət başçısı qeyd edib ki, bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və bu ölkənin konsepsiyası da öz rolunu oynayıb.

Dövlət başçıları münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıblar. Hazırda ölkələrimizdə sabitliyin və əmin-amanlığın hökm sürdüyü qeyd olunub.

Siyasi münasibətlərimizin mükəmməl səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndiyini qeyd edib, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpa olunan enerji sahəsinə qoyduğu investisiyaların da dostluğumuzun və tərəfdaşlığımızın nümunəsi olduğunu vurğulayıb.

Həmçinin ölkələrimizin ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq etdiyi qeyd olunub. Söhbət zamanı ikitərəfli, regional, qlobal, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib - Baku TV

İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib - Baku TV

Siyasət
04 mart 2026 249 baxış
İrandan Azərbaycana təxliyə edilənlərin sayı açıqlandı

İrandan Azərbaycana təxliyə edilənlərin sayı açıqlandı

Siyasət
04 mart 2026 249 baxış
Putin təcili tapşırıq verdi | Bu şəxslər Azərbaycandan Rusiyaya getdi - Baku TV

Putin təcili tapşırıq verdi | Bu şəxslər Azərbaycandan Rusiyaya getdi - Baku TV

Siyasət
04 mart 2026 249 baxış
“Xəzər qazının köməyi ilə Aİ-nın Rusiya qazından asılılığı azalır” | Dan Yorgensen

“Xəzər qazının köməyi ilə Aİ-nın Rusiya qazından asılılığı azalır” | Dan Yorgensen

Siyasət
04 mart 2026 249 baxış
Azərbaycanın enerji sahəsində planları | Regional enerji bağlantıları güclənir - YENİ BİR SƏHƏR

Azərbaycanın enerji sahəsində planları | Regional enerji bağlantıları güclənir - YENİ BİR SƏHƏR

Siyasət
04 mart 2026 249 baxış
Azərbaycan enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi rolunu oynayır | İlham Əliyev - Baku TV

Azərbaycan enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi rolunu oynayır | İlham Əliyev - Baku TV

Siyasət
04 mart 2026 249 baxış
Avropa İttifaqının enerji ilə bağlı planları açıqlanıb

Avropa İttifaqının enerji ilə bağlı planları açıqlanıb

Siyasət
03 mart 2026 249 baxış
“Avropa İttifaqı təmiz ekosistemin yaradılmasına çalışır” | Dan Yorgensen

“Avropa İttifaqı təmiz ekosistemin yaradılmasına çalışır” | Dan Yorgensen

Siyasət
03 mart 2026 249 baxış
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
03 mart 2026 249 baxış
Tramp sərt ssenarini seçərsə, ABŞ İranla uzun müharibəyə hazırdır? | AKTUAL GÜNDƏM

Tramp sərt ssenarini seçərsə, ABŞ İranla uzun müharibəyə hazırdır? | AKTUAL GÜNDƏM

Siyasət
03 mart 2026 249 baxış
Seçilmişlər
icon