Pleyeri seçin:

Azərbaycan və Ermənistan liderləri normallaşma prosesini müzakirə etdilər

04 fevral 2026 543 baxış

Prezident İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.

Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini qeyd ediblər.

Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

Onlar həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.

"Burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır" | İlham Əliyev - Baku TV

"Burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır" | İlham Əliyev - Baku TV

Siyasət
15 sentyabr 2026 543 baxış
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - Baku TV CANLI

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - Baku TV CANLI

Siyasət
15 sentyabr 2026 543 baxış
Ankoric görüşündə hansı razılıq əldə olunmuşdu? | Lavrov niyə Qərbi ittiham etdi? - Baku TV

Ankoric görüşündə hansı razılıq əldə olunmuşdu? | Lavrov niyə Qərbi ittiham etdi? - Baku TV

Siyasət
15 sentyabr 2026 543 baxış
Bakının azad edilməsinin 108-ci ildönümü münasibətilə anım mərasimi keçirilib - Baku TV

Bakının azad edilməsinin 108-ci ildönümü münasibətilə anım mərasimi keçirilib - Baku TV

Siyasət
15 sentyabr 2026 543 baxış
"Ermənilərin bütün ümidləri alt-üst oldu" | Azərbaycan toponimləri niyə təhrif olunur? - Baku TV

"Ermənilərin bütün ümidləri alt-üst oldu" | Azərbaycan toponimləri niyə təhrif olunur? - Baku TV

Siyasət
15 sentyabr 2026 543 baxış
ABŞ-də seçki, İranda gərginlik: TRIPP üçün risklər artır - AKTUAL GÜNDƏM

ABŞ-də seçki, İranda gərginlik: TRIPP üçün risklər artır - AKTUAL GÜNDƏM

Siyasət
15 sentyabr 2026 543 baxış
"İranda baş verənlər Azərbaycan və Türkiyəyə də təsir edir" | Hakan Fidandan çağırış - Baku TV

"İranda baş verənlər Azərbaycan və Türkiyəyə də təsir edir" | Hakan Fidandan çağırış - Baku TV

Siyasət
15 sentyabr 2026 543 baxış
Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV

Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV

Siyasət
15 sentyabr 2026 543 baxış
Prezident İlham Əliyevlə Hakan Fidan arasında keçirilən görüş “Haber Global”ın gündəmində - Baku TV

Prezident İlham Əliyevlə Hakan Fidan arasında keçirilən görüş “Haber Global”ın gündəmində - Baku TV

Siyasət
15 sentyabr 2026 543 baxış
Türkiyə səfirindən Bakının azadlığının ildönümündə mühüm mesaj - Baku TV

Türkiyə səfirindən Bakının azadlığının ildönümündə mühüm mesaj - Baku TV

Siyasət
15 sentyabr 2026 543 baxış
Seçilmişlər
icon