Pleyeri seçin:

Azərbaycan və Malayziya arasında mühüm məsələlər müzakirə edildi - Baku TV

05 oktyabr 2026 216 baxış

Prezident İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.

Ölkələrimiz arasında dost və qardaş münasibətlərin olduğunu deyən dövlət başçısı iqtisadi əməkdaşlığı siyasi əlaqələrin səviyyəsinə çatdırmağın, həmçinin enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığı genişləndirməyin, çox fəal siyasi dialoqu davam etdirməyin vacibliyinə toxunub. Prezident İlham Əliyev bu xüsusda müxtəlifsəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin rolunu qeyd edib.

Azərbaycan Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimin və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda, Malayziyaya səfərə dəvətlərini dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Malayziya Kralı və Baş nazirinə çatdırmağı xahiş edib. Dövlət başçısı həmçinin dəvətə görə təşəkkür edərək, onu məmnunluqla qəbul etdiyini vurğulayıb. Prezident İlham Əliyev öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.

Səfir uzun illər ərzində ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyərək, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylə çalışacağını bildirib.

Söhbət zamanı əlaqələrimizin perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyinin əhəmiyyəti vurğulanıb.

Turizm sahəsində əməkdaşlıq, o cümlədən turizmin təşviqi üçün qarşılıqlı şəkildə viza tələbinin aradan qaldırılması, Azərbaycanla Malayziya arasında birbaşa hava əlaqəsinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə həmçinin təhsil sahəsində əlaqələrə toxunularaq, azərbaycanlı tələbələrin Malayziyada, Malayziyadan olan tələbələrin isə Azərbaycan dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında ölkəmizdə təhsil aldıqları qeyd edilib.

Banner
Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Sülh sazişi olmadan nəqliyyat əlaqələri bərpa edilə bilərmi? | Ekspertlər nələri açıqladı? - Baku TV

Siyasət
23 oktyabr 2026 216 baxış
Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Media və Yayım Şurası Azərbaycan haqqında yayılan əsassız iddiaları qətiyyətlə pisləyib - Baku TV

Siyasət
22 oktyabr 2026 216 baxış
Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Bakı haqlı narazılığını bildirdi, Paşinyan işləri sürətləndirdi | Nikolun planı nədir? - Baku TV

Siyasət
22 oktyabr 2026 216 baxış
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 216 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 216 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 216 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 216 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 216 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 216 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 216 baxış
Seçilmişlər
icon