Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1980-ci illərin sonlarına qədər azərbaycanlıların yaşadığı Ardanış (indiki Artaniş) azərbaycanlı kəndinin tarixi haqqında araşdırma dərc olunub.
Bildirilib ki, kənd 1930-cu ildən Dilican, 1937-ci ildən isə Krasnoselsk rayonlarının tərkibində olub.
Erməni mənbələrinin məlumatına görə, 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda kəndin ərazisində yalnız və ya əsasən azərbaycanlılar yaşayıblar.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
#Ardanış kəndi teqi istifadə olunub
- AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV
- Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?
- “Heç vaxt azərbaycanlı qızları erməniyə ərə verməmişik” | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Ermənistanı 85% təsərrüfat məhsulları ilə azərbaycanlılar təmin edirdi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Ardanışda 4000 illik türk məzarlığında gizlədilənlər | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
