Pleyeri seçin:

Azərbaycan və Türkiyə arasında texnologiya əməkdaşlığı güclənir - Baku TV

11 fevral 2026 476 baxış

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası və “Sistem Global Danışmanlık” konsaltinq şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” adlı forum keçirilib.

Forumda Azərbaycan və Türkiyədən ümumilikdə 70 informasiya-kommunikasiya texnologiyaları şirkəti, maliyyə institutları, eləcə də hər iki ölkənin müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib ki, iki ölkə sözügedən sahədə koordinasiyalı addımlar atmaqla həm regional, həm də qlobal mövqelərini daha da möhkəmləndirir.

Forumun rəsmi hissəsində Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Mehmet Ali Tombalak, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev və “Sistem Global Danışmanlık” şirkətinin İdarə Heyətinin sədri Hüseyin Karslıoğlu Azərbaycan və Türkiyə arasında İKT sahəsində güclənən əməkdaşlığın potensialına dair fikirlərini bölüşüblər.

Daha sonra Azərbaycan və Türkiyənin texnoloji və innovativ ekosistemlərindən bəhs edən panel müzakirələri baş tutub.

Forumun ikinci hissəsində Türkiyə və Azərbaycan şirkətlərinin, eləcə də dövlət qurumlarının iştirakı ilə ikili formatlarda görüş sessiyaları baş tutub.

Tədbir çərçivəsində həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyası və “Sistem Global Danışmanlık” şirkəti arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Banner
Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
26 oktyabr 2026 476 baxış
İlham Əliyevin sosial media hesablarında paylaşım edilib - Baku TV

İlham Əliyevin sosial media hesablarında paylaşım edilib - Baku TV

Siyasət
26 oktyabr 2026 476 baxış
Görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub - Baku TV

Görüşdə əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub - Baku TV

Siyasət
26 oktyabr 2026 476 baxış
Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
26 oktyabr 2026 476 baxış
Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
26 oktyabr 2026 476 baxış
Prezident və İsmayıl Ould Şeyx Əhmədi arasında mühüm müzakirələr - Baku TV

Prezident və İsmayıl Ould Şeyx Əhmədi arasında mühüm müzakirələr - Baku TV

Siyasət
26 oktyabr 2026 476 baxış
İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

Siyasət
26 oktyabr 2026 476 baxış
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Siyasət
26 oktyabr 2026 476 baxış
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Baku TV

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Baku TV

Siyasət
26 oktyabr 2026 476 baxış
Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM

Erməni lobbisi Fransada yeni cəbhə açır: Azərbaycana qarşı siyasi təzyiq - AKTUAL GÜNDƏM

Siyasət
26 oktyabr 2026 476 baxış
Seçilmişlər
icon