Pleyeri seçin:

Azərbaycan və Vyetnam arasında hansı məsələlər müzakirə edildi? - Baku TV

20 noyabr 2026 103 baxış

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb.

Dövlət başçısı özünün 2014-cü ildə Vyetnama səfərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev ölkələrimizin parlamentləri arasında dialoqun həmişə çox müsbət və nəticəyönümlü olduğunu vurğulayaraq Azərbaycan Milli Məclisi və Vyetnam Milli Assambleyası sədrlərinin görüşünün parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunu qeyd edib.

Qoşulmama Hərəkatının parlamentlərarası platformasının Azərbaycanın təşəbbüsü ilə yaradıldığını xatırladan dövlət başçısı bu xüsusda iki ölkənin parlament strukturları arasında əməkdaşlığı vurğulayıb.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında tərəfdaşlıq münasibətlərinin qurulduğunu qeyd edib.

Azərbaycanın Orta Dəhlizin həm vaxt, həm də təhlükəsizlik baxımından beynəlxalq daşımalarda mühüm tranzit marşrutu olduğunu deyən dövlət başçısı bunun Vyetnam şirkətlərinə də daşımalar üçün əlverişli imkanlar yaratdığını bildirib.

Çan Tan Man ötən il Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri və səfər çərçivəsində qəbul edilmiş "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat"ın önəminə toxunub.

Milli Assambleyanın sədri ölkələrimizin çoxtərəfli platformalarda yaxından əməkdaşlıq etdiyini deyərək Vyetnamın Azərbaycanla ASEAN arasında əməkdaşlığın inkişaf etdirilməsinə töhfə verməyə hazır olduğunu deyib.

Söhbət zamanı ölkələrimizin beynəlxalq təsisatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində uğurlu əməkdaşlıq etdikləri vurğulanıb.

Görüşdə ölkələrimiz arasında müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin müntəzəm səfərlərinin təşkili, iqtisadiyyat, ticarət, enerji, o cümlədən bərpaolunan enerji, insanlararası təmaslar, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Banner
Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevi qarşıladı - Baku TV

Siyasət
21 noyabr 2026 103 baxış
Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV

Sülhün açarı Bakı və İrəvandadır? | Rusiya rəsmisindən açıqlama - Baku TV

Siyasət
21 noyabr 2026 103 baxış
BTQ-nin saytı və hesabları hədəfdə | Rəqəmsal hücumların arxasında kimlər var? - Baku TV

BTQ-nin saytı və hesabları hədəfdə | Rəqəmsal hücumların arxasında kimlər var? - Baku TV

Siyasət
21 noyabr 2026 103 baxış
Elektron hökumət üzrə qlobal reytinqdə Azərbaycan 36 pillə irəliləyib - Baku TV

Elektron hökumət üzrə qlobal reytinqdə Azərbaycan 36 pillə irəliləyib - Baku TV

Siyasət
20 noyabr 2026 103 baxış
Ölkəmiz rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci olub

Ölkəmiz rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci olub

Siyasət
20 noyabr 2026 103 baxış
Türkiyə və Azərbaycan regional enerji xəritəsində təsirlərini artırmağa hazırlaşır - Baku TV

Türkiyə və Azərbaycan regional enerji xəritəsində təsirlərini artırmağa hazırlaşır - Baku TV

Siyasət
20 noyabr 2026 103 baxış
Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - QARABAĞ XRONİKASI

Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - QARABAĞ XRONİKASI

Siyasət
20 noyabr 2026 103 baxış
İlham Əliyev sosial-iqtisadi sahədəki müsbət dinamikadan danışdı - Baku TV

İlham Əliyev sosial-iqtisadi sahədəki müsbət dinamikadan danışdı - Baku TV

Siyasət
20 noyabr 2026 103 baxış
Prezidentdən enerji sahəsindəki əməkdaşlığın əhəmiyyəti ilə bağlı açıqlama - Baku TV

Prezidentdən enerji sahəsindəki əməkdaşlığın əhəmiyyəti ilə bağlı açıqlama - Baku TV

Siyasət
20 noyabr 2026 103 baxış
İlham Əliyevin Vyetnama səfəri "HaberGlobal"da - Baku TV

İlham Əliyevin Vyetnama səfəri "HaberGlobal"da - Baku TV

Siyasət
20 noyabr 2026 103 baxış
Seçilmişlər
icon