Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - QARABAĞ XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qarabağ xronikası”nın budəfəki buraxılışında Ağdamın beş müdafiə xəttindən və rayonun döyüşsüz azad edilməsinin səbəblərindən bəhs olunub.
Bildirilib ki, 1993-cü il iyulun 23-də işğal edilən Ağdam Qarabağın mühüm nəqliyyat və kommunikasiya qovşaqlarından biri idi. İşğalın 27 ili ərzində Ermənistan tərəfi burada beş müdafiə xətti, mina sahələri, səngərlər, artilleriya mövqeləri və komanda məntəqələri yaratmışdı.
Diqqətə çatdırılıb ki, istehkamların mühüm elementləri arasında Çobandağ və Çeyildağda yerləşən komanda məntəqələri də var idi.
Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsinin ilk atəşləri Ağdamın işğal altında olan ərazilərindən açıldı. Lakin Azərbaycan Ordusu düşmənin gözlədiyi istiqamətdən hücum etmək əvəzinə cəbhənin digər istiqamətlərində hərbi-strateji üstünlük qazandı.
Nəticədə, Ağdamın beş müdafiə xəttini birbaşa yarmağa ehtiyac qalmadı və 2020-ci il noyabrın 20-də rayon 27 illik işğaldan sonra döyüşsüz Azərbaycanın nəzarətinə keçdi.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- Ağdamın işğaldan azad edilməsindən 6 il ötür - Baku TV
- “Əsgər və zabitlərimiz müdafiə xətlərini yarmaq üçün...” | Prezident Zəfərə aparan yoldan danışdı
- Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
