Pleyeri seçin:
Azərbaycan XİN-dən İspaniyaya sərt cavab
“İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X" hesabında bildirib.
“Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir. İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”, – deyə XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, İspaniyanın Rusiyadakı səfirliyi Qarabağdakı erməni separatçılarına yardım göstərildiyini açıqlamışdı. A.Hacızadənin etirazından sonra İspaniyanın Rusiyadakı səfirliyi Azərbaycana qarşı təxribat xarakterli paylaşımı silib.
Kopyalandı
#İspaniya teqi istifadə olunub
- Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb
- İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI
- Madriddə minlərlə insan pensiya sisteminin özəlləşdirilməsinə qarşı çıxıb
- İspaniya paytaxtı minlərlə insanı birləşdirən etiraz aksiyası ilə gündəmə gəldi - Baku TV
- İsrail və İspaniya arasında diplomatik gərginlik daha bir qarşıdurma ilə dərinləşib - Baku TV CANLI
