Pleyeri seçin:
Azərbaycan XİN-dən Kahramanmaraşdakı zəlzələnin ikinci ildönümü ilə bağlı paylaşım
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ikinci ildönümü ilə bağlı paylaşım edib.
"Report" xəbər verir ki, Nazirliyin "X" hesabındakı paylaşımda deyilir:
"Türkiyənin Kahramanmaraş bölgəsində baş verən dəhşətli zəlzələdən 2 il ötür. Qardaş Türkiyədə ciddi insan itkisi və böyük dağıntılara səbəb olan bu fəlakətin qurbanlarını dərin kədərlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Qardaş Türkiyə qədər ölkəmizi və xalqımızı da dərindən sarsıdan belə fəlakətlərin bir daha yaşanmamasını, Türkiyə dövləti və xalqına hər zaman firavanlıq və rifah arzu edirik".
Kopyalandı
#Azərbaycan XİN teqi istifadə olunub
- Dünya liderlərindən Prezidentə zəng | İran səfiri Azərbaycan XİN-ə çağırıldı - YENİ BİR SƏHƏR
- Azərbaycan XİN Pakistana başsağlığı verdi - Baku TV
- Azərbaycan və İsrail xarici işlər nazirlərinin birgə mətbuat konfransı - Baku TV CANLI
- Azərbaycan diplomatik təmsilçilik şəbəkəsini genişləndirib
- XİN ilin yekunlarına dair mətbuat konfransı keçirib
