Pleyeri seçin:
Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib
Azərbaycanın Xarici İşlər Nazirliyi İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib. Bu barədə nazirliyin sosial şəbəkədəki səhifəsində paylaşım edilib.
“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost İranın müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb”, – deyə paylaşımda bildirilib.
Kopyalandı
#Azərbaycan XİN teqi istifadə olunub
- İki ölkənin rəsmiləri arasında danışıqlar keçirilib | Əməkdaşlıq imkanları müzakirə olunub - Baku TV
- “Bunun nə vaxt olacağını bilmirəm, amma...” | Simonyandan Bakının açıqlamasına reaksiya - Baku TV
- Gizli məqsəd nədir? | Bakı Aİ-nin müşahidə missiyasının önə çəkilməsindən narahatdır - Baku TV
- Ceyhun Bayramov italiyalı həmkarı ilə görüşdü
- Azərbaycan XİN Pakistana başsağlığı verib
