Azərbaycanda seçkiqabağı "sükut günü" başladı
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.
Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il yanvarın 15-i başlanılıb və təşviqat fevralın 6-sı, yəni bu gün səhər saat 8:00-da dayandırılmalıdır. Bu günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.
Qeyd edək ki, fevralın 7-də seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.
#Prezident seçkiləri teqi istifadə olunub
- Fransada 2027-ci il prezident seçkiləri ilə bağlı siyasi gündəm indidən canlanır - Baku TV CANLI
- Qırğızıstanda növbəti prezident seçkilərinin tarixi məlum oldu - Baku TV CANLI
- Korrupsiya qalmaqalları və seçki tələbi | Ukrayna xalqı nə deyir? - Baku TV
- Sovet casusunun nəvəsi Fransa prezidentliyinə namizəd oldu
- Ukrayna hakimiyyəti demokratik prosesə qayıdış yollarını yenidən müzakirəyə çıxarır - Baku TV
