Azərbaycanın tələbi budur | Prezidentdən Ermənistana sərt mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
“Həm beynəlxalq müstəvidə, həm də Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu bizim tələbimizdir”.
Bu fikirləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunan müşavirədə səsləndirib.
Sovet hakimiyyətinin 1920-ci ildə Qərbi Zəngəzuru əlimizdən aldığını və Azərbaycan xalqına qarşı cinayət törətdiyini xatırladan dövlət başçısı həmçinin qeyd edib:
“Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “Haber Global”dan İlham Əliyevin Ərdoğana göndərdiyi başsağlığı məktubu barədə süjet - Baku TV
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi - Baku TV
