Azərbaycanla bağlı... | Paşinyan və Makronun görüşündə nələr yaşandı?
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makrona Brüsseldə keçirilən müzakirələrin nəticələrini açıqlayıb.
Bu barədə Yelisey sarayında keçirilən görüşün ardından Ermənistan hökuməti məlumat yayıb.
Qeyd olunur ki, Paşinyan və Makronun Parisdəki söhbətinin mərkəzində regional əhəmiyyətli məsələlər olub. Fransa Prezidenti Ermənistanla çoxtərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə sadiqliyini vurğulayıb.
"Biz Cənubi Qafqazda təhlükəsizliyi və davamlı sülhün qurulması üçün səyləri müzakirə etdik. Bu mühüm prosesdə sarsılmaz dəstəyinə görə Fransaya təşəkkür edirəm", ‒ deyə Paşinyan "X" sosial şəbəkəsində yazıb.
Fransa Prezidenti Emmanuel Makron isə "X" sosial şəbəkəsindəki hesabında yazıb ki, Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanması regionun bütün ölkələri üçün yeni bir səhifə aça bilər.
Makronun sözlərinə görə, görüş zamanı o, Ermənistanın Azərbaycanla sülhə nail olmaq səylərinə dəstəyini ifadə edib.
"Ermənistan və Azərbaycan arasında sülh sazişinin qısa müddətdə imzalanması regionun və onun hüdudlarından kənarda olan bütün ölkələr və xalqlar üçün yeni bir səhifə açmağa imkan verər", ‒ deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Paşinyan Brüsseldə Ursula fon der Lyayen və Antonio Koşta ilə üçtərəfli görüş keçirib.
#Nikol Paşinyan teqi istifadə olunub
- ABŞ, Ermənistan və Azərbaycanın Sülh Sammitinin ildönümü barədə bəyanatı "Haber Global"da - Baku TV
- Sülh Sammitinin ildönümü | Bölgəni hansı yeni mərhələ gözləyir? - Baku TV
- Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI
- Vaşinqton sammitinin birinci ildönümündə Paşinyan Prezidentə zəng etdi - Baku TV
- Ermənistan Baş naziri ABŞ Prezidenti ilə bu mövzuları müzakirə etdi - Baku TV
