Azərbaycanla Belarus arasında hərbi təhlükəsizlik məsələləri müzakirə olunub - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus Müdafiə Nazirliyinin Qoşun Xidməti İdarəsinin rəisi polkovnik Dmitriy Jukovskiyin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər "Azərbaycan Müdafiə Nazirliyi ilə Belarus Müdafiə Nazirliyi arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, baş tutub.
"Qayda və qanunun qorunması və hərbi obyektlərin mühafizəsinin təşkili" üzrə keçirilən işçi görüş çərçivəsində bildirilib ki, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Belarus münasibətləri qarşılıqlı inam, etimad və dəstəyə əsaslanır.
Polkovnik Jukovskiy birgə fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Belarusun Azərbaycandakı hərbi attaşesinin də iştirak etdiyi görüşdə nümayəndə heyətinə baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb.
Sonra qonaqlar Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar. Görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi, strukturu, fəaliyyəti, maddi-texniki təchizatı və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Belarus nümayəndə heyəti həmçinin xidməti otaqlar və idman zalı ilə tanış olub.
#Azərbaycan Respublikasının Müdafiə Nazirliyi teqi istifadə olunub
- Helikopter heyətinin imkan və qabiliyyətləri yüksək qiymət aldı - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
- Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı | Müdafiə Nazirliyindən vacib məlumat - Baku TV CANLI
- Azərbaycanda NATO standartları əsasında hərbi hazırlıq gücləndirilir - Baku TV CANLI
